Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 23 yol infrastruktur
layihəsini həyata keçirmək üçün lazım olan smeta sənədlərinin
tərtib edilməsinə görə tender elan edib.
“Qeyd olunan xidmət avtomobil yollarının, onun üzərində
yerləşən sünii tikililər də (divar, boru, körpü və s.) daxil
olmaqla bərpa işləri ilə əlaqədar smeta sənədlərinin və tender
prosedurlarının keçirilməsi üçün lazımı texniki sənədlərin tərtib
edilmə xidmətinin göstərilməsini nəzərdə tutur”, –
tenderin texniki tapşırığında qeyd olunub.
Marneuli meriyası bələdiyyə ərazisindəki yolların tikinti bərpa
işlərinin smeta sənədlərinin tərtib edilməsi xidmətini 400 000
lariyə almağı planlaşdırır.
Tenderə görə, yolların tikinti/bərpa işləri Marneuli miqyasında 23
yerdə həyata keçiriləcək.
Həmin yerlər bunlardır:
- Marneuli şəhərinin alternative, dolayı yolunun
tikintisi
- Marneuli şəhəri 26 may küçəsində meydandan “Yenə də
böyüyəcəklər” parkına qədər piyada cığırının
düzəldilməsi
- Tsereteli kəndində daxili yolların
bərpası
- Saimerlo kəndində daxili yolların bərpası
- Tamarisiyə gedən yolun bərpası (betonla)
- Şulaveri kəndində (Keçmiş Naxalovka məntəqəsi) yolun
bərpası
- İmir kəndində daxili yola asfalt qatının
çəkilməsi
- İmir kəndində nasos stansiyasına gedən yolun bərpası və
sahil bəndi işlərinin aparılması
- Yuxarı Qullar kəndində daxili yolların
bərpası
- Şaumyan kəndində daxili yolların bərpası (dəmir/beton
qatı ilə)
- Algeti kəndində daxili yolların bərpası (1. Molla
Bayramlı küçəsi; 2. Marneuli-Lomtaqora yolunu əlaqələndirici yolu;
3. İki dayanacağın tikilməsi)
- Əzizkənd, Təzəkənd və Hacıisakənddə daxili yolların
bərpası
- Tserakvi və Sioni kənd daxili yollarının bərpası
(dəmir/beton qatı ilə)
- Çanaxçı kəndində məktəbə gedən yolun bərpası
(dəmir/beton qatı ilə)
- Beytarabmı kəndində daxili yolların
bərpası
- Kəpənəkçi kəndində ərazi vahidliyinə daxil olan
kəndlərdə daxili yolların bərpası
- Xutor-Lejbəddin və Kürtlər kəndini əlaqələndirən
yol
- Ağkörpü kəndində daxili yolun bərpası )dəmir-beton qatı
ilə)
- Qaçağan kəndində daxili yolların bərpası
- Ağməmmədli kəndində daxili yolların
bərpası
- Daştəpə kəndində daxili yolların bərpası
- Kudro kəndinə gedən yolun bərpası dəmir/beton qatı
ilə
- Ağkörpü kəndində turist baxış məntəqəsinə gedən yolun
tikintisi
Tenderdə iştirak etmək istəyən şirkətlər 15 dekabr tarixindən 18
dekabr tarixinə qədər olan dövrdə öz təkliflərini irəli sürə
bilərlər. Tender təklifinə görə, qalib şirkət müqavilə bağlandıqdan
120 gün ərzində meriyaya smeta sənədlərini təqdim etməlidir.