Marneuli şəhərinin Rustaveli küçəsində yağış zamanı piyadalar üçün
səkilər su altında qalır.
Vətəndaşlar səkilərdə hərəkət etməkdə çətinlik çəkirlər, çünki
hərəkət hissəsi su altında qalır.
Marneuli 5 saylı ictimai məktəbinin ərazisində, Poçt binasının
qarşısında, körpünün altında və Rustaveli küçəsinin başqa
hissələrində hərəkət etmək problem olur.


Marneuli yerli özünüidarəsi Marneuli şəhərinin Rustaveli küçəsinin
bərpası üçün lazımı smeta sənədlərini
2022-ci ildə “Project
Company” MMC-dən 116 830 lariyə alıb. Meriya və “Project Company”
MMC arasında bağlanmış müqaviləyə əsasən, Rustaveli küçəsinin
bərpası üçün təxmini vəsait 7 000 000 laridir.
Marneuli meriyası Rustaveli küçəsinin bərpası üçün lazımı vəsaiti
nə 2023-cü, nə də 2024-cü ilin büdcəsində ayırıb.
Rustaveli küçəsinin bərpasına nə zaman başlanacağı indiki mərhələdə
məlum deyil.
Ona qədər isə Marneulililər yağış zamanı yenidən su altında qalmış
səkilərdə hərəkət etməli olacaqlar.


Marneulidə bu gün, 7 may tarixində, bütün gün ərzində yağış
yağacağı gözlənilir. Sinoptiklər 8 və 9 may tarixlərində buludlu
hava şəraiti olacağını proqnozlaşdırırlar, 10 may tarixindən isə
bütün həftə ərzində yağışlı hava gözlənilir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.