Marneuli meri Kənan Ömərov Gürcüstan Parlamentində üçüncü oxunuşda
qəbul edilmiş rus qanunundan sonra rəsmi səhifəsində paylaşım edib.
O, paylaşımda yazır ki, qanun gürcü qanunudur və Gürcüstanın Avropa
İttifaqına layiqli şəkildə daxil olmasına xidmət
göstərir.

“Yadda saxlamalıyıq ki, Gürcüstan öz qədim tarixi və yaxın
keçmişi ilə Avropanın bir hissəsidir. Şəffaflıq demokratik və
Avropa dəyərlərindən kənara çıxmaq hesab oluna bilməz. Gürcü
qanunu, bizim ölkənin suverenliyinə, Gürcüstanın Avropa İttifaqına
layiqincə daxil olmasına xidmət göstərir.
Məhz, Avropa daha çox şəffaflıqdır”! – Kənan Ömərovun
səhifəsində yazılıb.
Kvemo Kartlinin mülki fəalları tərəfindən merin bu paylaşımına
tənqidi reaksiyalar göstərilib. Özünüidarə əməkdaşları isə Ömərovun
paylaşımını fəal şəkildə paylaşırlar.
Gürcüstan Parlamenti agentlər haqqında qanunu 13 may tarixində
qəbul edib. Kvemo Kartli deputatları da qanunu dəstəkləyiblər.
Dəstəkçilər siyahısında Marneuli və Qardabani seçki dairəsindən
seçilmiş majoritar deputat Zaur Darğallı və deputat Savalan
Mirzəyev də var.
Qanunun qəbul edilməsi ilə paralel olaraq Gürcüstan Parlamenti
qarşısında etiraz aksiyaları da dayanmır. Avropa Parlamentinin
üzvləri də qanunun qəbul edilməsi ilə razılaşmırlar və qeyd edirlər
ki, bu qanun Gürcüstanı Avropaya inteqrasiyadan uzaqlaşdırır.
“Gepra” konsultasiya şirkətinin baş tərəfdaşı Kaxa Mağadze
feysbukda paylaşım edib və qanunun şəffaflıqla heç bir əlaqəsinin
olmadığını təsdiq edən 3 arqument yazıb.
Arqument 1: Bu qanun şəffaflıq və çirkli pulun
dayandırılması üçün deyil. Çünki şəffaflıq mexanizmləri onsuz da
var və şəffaflıq öz-özlüyündə çirkli pulu dayandırmır. Həm də
dövlətin çirkli pula nəzarət etmək və dayandırmaq üçün başqa
mexanizmləri də var. Burada qeyd edim ki, qanuna ehtiyac
yaranmasının heç bir əsası olmayıb. Hansısa statistika, yaxud əsas
araşdırma olmayıb ki, xarici təsirin şəffaflığı qanununun mütləq
olduğunu sübut etsin. Bu qanun media və vətəndaş sektoruna nəzarət,
daha doğrusu onlara təzyiq vasitəsindən başqa bir şey deyil. Həm
yad qüvvə maraqlarının daşıyıcısı adlandırırsan, ləkə vurursan, həm
də nə zaman istəsən yoxlayacaqsan – belə qanundur. Vətəndaş
cəmiyyətinə təzyiq isə diktaturaya doğru atılmış böyük addımdır. Bu
isə dövlətə qarşı bir hərəkətdir.
Arqument 2: Qanun layihəsinin mətnini, onun
rus, yaxud amerikalı olmasını kənara qoyaq, burada böyük problem
odur ki, bu bizim strateji tərəfdaşalrımızla münasibətimiz, qərbə
inteqrasiya prosesinə necə təsir göstərəcək. Avropa Parlamentinin
qətnaməsinə, senatorların məktubuna və bu kimi sənədlərə diqqət
yetirməyək (Gürcü Arzusunun dediyi kimi, bütün bunların heç bir
qüvvəsi yoxdur), bəs icraçı hakimiyyətin, Xarici İşlər
nazirlərinin, baş nazirlərin və ya kanslerlərin sözlərini nə edək?
Həm də, yalnız bir dəfə deyib, sonra bizim hakimiyyətin
arqumentlərini qəbul etməyiblər ki? Bir neçə dəfə, müxtəlif
tribunalardan, müxtəlif formada təkrar etdilər. Dedilər ki, bu
qanunun qəbul edilməsi bizi qərbə inteqrasiyamızı dayandıracaq və
bizə strateji tərəfdaşlarla problemlər yaradacaq. Bu isə bizim
milli maraqlarımıza ziyan vurmayacaq, onu məhv edəcək. Yalnız,
milli maraq deyəndə milli ənənələri və gürcü kişilərini qorumağı
düşünməyin. Belə termin var, bilmirsinizsə, araşdırın.
Arqument 3: Bu sadəcə diktatura qanunu, yaxud
qərbə qarşı yönəlmiş məsələ olsa idi, yenə mübahisə etmək olardı.
Yəni, ideyada, buraya kimi yazdıqlarımın hamısına görə, mübahisə
edə bilərdik. Ola bilsin, böyük siyasi oyundan, yaxud real
suverenliyin nümayişindən və müstəqil oyun oynanılmasından
danışasan. Ola bilsin, çoxsaylı oxşar arqument (axmaq, amma yenə də
arqument) gətirəsən, amma ictimaiyyətdə qarşıdurma yaranmasına belə
güclə dəstək olursansa, polisə küçədə xalqı döydürürsənsə, gəncləri
belə təhqir edir, fiziki şiddət göstərirsənsə, burada artıq heç nə
demək olmaz. Bu cinayəti heç nə ilə ölçmək olmaz və Gürcü Arzusunun
liderləri bu məsuliyyətdən heç yerə qaça bilməzlər. Öz xalqına, öz
gənclərinə qarşı belə hərəkət etməməlisən. Bu güclə sevdiyimiz
polisə bizi yenidən nifrət etdirdilər. Hərbçilərə olan etibarımızı
itirdilər və artıq onlardan qorxuruq. Bu meymun şəffaflıq qanunu
bizə bunu gətirdi. Ailə üzvlərini və dostları bir-birinə qarşı
qoydu. Xalqı və polisi bir-birinə düşmən etdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.