Meriya Marneuli mərkəzi stadionuna qulluq göstərilməsi üçün yeni MMC yaradır
Marneuli bələdiyyəsi yeni “MMC” yaradır. 18 oktyabr tarixində, Marneuli Bələdiyyə Məclisində məlum olub ki, yerli özünüidarə mərkəzi stadiona nəzarət üçün MMC yaradacaq.

Təşkilatın yaradılması ilə bağlı məsələni meriyanın Əmlakın İdarəolunması Xidmətinin nümayəndəsi Davit Xarşiladze müzakirəyə çıxarıb.

Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze deputatlara bildirib ki, MMC-nin təsis edilməsi ilə yeni iş yerləri yaradacaqlar və stadiona qulluq göstərilməsinin
qayğısına qalacaqlar.

“Stadionun fəaliyyətini təmin edəcək yeni MMC yaradılacaq. Bir tərəfdən yaxşı haldır ki, bəzi adamlar işlə təmin olunacaq və həmin MMC müasir standartlara cavab verən stadiona nəzarəti öz üzərinə götürəcək. Bizim Avropa səviyyəli stadionumuz var, artıq bir neçə dostluq oyunu keçirmişik və təbii ki, yerli futbolçular müxtəlif oyunlara ən yaxşı şəraitdə hazırlaşmaq imkanı əldə edəcəklər. Bu alqışlanmalıdır, bu məsələyə səs verək”, – Amiran Qiorqadze bildirdi.

Deputatlar qeyd olunan məsələni dəstəkləyiblər. Mərkəzi Stadionun tikintisi Gürcüstan hökuməti tərəfindən maliyyələşdirilib. Dəyəri 8 100 000 lari olan layihə Regional İnkişaf və İnfrastruktur Nazirliyi tərəfindən həyata keçirilib. Futbol meydançası 8 ilə yaxın idi ki, tikilirdi.

Bələdiyyə Məclisinin 18 oktyabr tarixində keçirilən iclasında gündəliyə daxil edilmiş 10 məsələ müzakirə olunub. Onlar arasında bazar ərazisinin bir hissəsinin 15 illik icarəyə verilməsi, Marneuli şəhərində yeni yaşayış evlərinin tikintisi, sosial məsələlər də yer alıb.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google