Azərbaycan nümayəndə heyəti Bolnisidə “Gürcü Arzusu”-nun seçkiqabağı görüşlərində iştirak edir (FOTO)
“Gürcü Arzusu”-nun nümayəndəsi Davit Şerazadaşvili Bolnisi bələdiyyəsində xarici ölkə vətəndaşları ilə seçkiqabağı görüşlər keçirir.

Siyasətçinin “Facebook” səhifəsində Azərbaycanda xidmət göstərən insanların Bolnisi kəndində və Talaveridə seçkiqabağı təşviqatda iştirak etdiyi foto dərc edilib.

“Dəstək və əməkdaşlığa görə Müşfik Borçalı, Fərman Borçalı, Rasim İsmayılova və Famil Çıraqova minnətdarlığımı bildirirəm. Onlar bizim bələdiyyədəndirlər və bu dəfə Bakıda uğurlar göstərirlər, ancaq
hər zaman yanımızdadırlar. Biz hamımız sülhü seçirik və inanıram ki, 26 oktyabrda biz yenidən ləyaqətlə qalib gələcəyik”,
– Davit Şerazadaşvilinin səhifəsində yayımlanan məlumatda deyilir.

Davit Şerazadişvili ilə birlikdə “Gürcü Arzusu”-nun seçkiqabağı təşviqat kampaniyasında iştirak edən bir neçə şəxs Azərbaycan vətəndaşıdır. Onların arasında 30-a yaxın kitabın müəllifi olan, hazırda “ZiM.Az” nəşriyyatının təsisçisi və icraçı direktoru olan Müşfiq Mədədoğlu da var. Yayılan fotolarda Azərbaycan İctimai Birliyinin (SOYDAŞ) sədri Kamran Ramazanlını da görmək olar. Həmçinin, Bolnisinin Talaveri kəndində keçirilən seçkiqabağı təşviqatda Azərbaycanın keçmiş deputatı, hazırda media sahəsində fəaliyyətini davam etdirən Azərbaycan vətəndaşı Əlfətun Amaşov da iştirak edib.

“Şəffaflıq Gürcüstan” təşkilatının hüquqşünası Qiqi Çixladzenin “Marneuli” radiosuna verdiyi məlumatına görə, Gürcüstanda xarici ölkə vətəndaşının seçkiqabağı təşviqatda iştirakı qadağandır və seçki məcəlləsinə əsasən, qanunu pozan şəxs 2 000 lari cərimə edilir. 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google