18 dekabr tarixində rəngarənglik marşı keçiriləcək
18 dekabr tarixində Birinci Respublika Meydanından Parlamentə qədər rəngarənglik yürüşü keçiriləcək. Tədbir Həmrəylik Platforması tərəfindən təşkil olunur.

“Rəngarənglik marşı Gürcüstanda yaşayan müxtəlif dini və etnik qrupların nümayəndələrini birləşdirir, biz öz səsimiz və səylərimiz ilə ölkəmizdə avtoritarizmin dərinləşməsinin və Avropaya inteqrasiya yolundan dönməsinin qarşısını almağa çalışan ümumi işə qoşulmaq istəyirik. Vətənimizin dərdinə şərik olmaq, azadlıq, ədalət və ləyaqətli
gələcək uğrunda mübarizə aparan yeni milli hərəkata fəal töhfə vermək bu ölkənin vətəndaşları kimi bizim borcumuzdur”,
– izahatda yazılıb.

Hadisənin izahında oxuyuruq:

Biz avtoritarizm altında yaşamağın nə demək olduğunu başa düşürük, çünki siyasi sistem hələ əhalimizin əksəriyyəti bunu hiss etməzdən əvvəl etnik və dini azlıqlara zülmkar , ədalətsiz idi. İcmalarımız bir neçə dəfə siyasi nəzarət, ayrı-seçkilik və təqib hədəfi olub, lakin biz daha ədalətli gələcəyə inamımızı heç vaxt itirməmişik. Biz inanırdıq ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi qeyri-dominant qruplara da təhlükəsizlik, firavanlıq, bərabərlik gətirəcək və bu bizə daha ədalətli, daha bərabərhüquqlu Gürcüstan qurmaq ümidi verdi. Ona görə də hökumətin qəsdən Avropaya inteqrasiya prosesinə zərər vurması və dayandırması bizim üçün xüsusilə ədalətsiz, qəbuledilməz qərardır.

Bu gün biz vətəndaşların mövcud siyasi böhrandan çıxış yolu kimi qarşıya qoyduğumuz iki ümumi tələbə qoşuluruq. Birinci şərt həbs edilmiş şəxslərin dərhal azadlığa buraxılması, günahkar polis əməkdaşlarının və onların rəhbərlərinin cəzalandırılmasıdır; İkinci şərt bu böhrandan ən dinc və demokratik çıxış yolu kimi görünən yeni seçkilərdir.

Marş saat 19:00-da başlayacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google