İşğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş
yanğında ölən 5 uşağın faciəsi ilə əlaqədar
bu gün, 9 yanvar tarixində Gürcüstanda matəm günüdür.
Bu gün səhər saatlarından etibarən matəm günü ilə əlaqədar bütün
ölkə ərazisində yerləşən inzibati binalarda, o cümlədən Marneuli
meriyasının binasında dövlət bayrağı endirilib.
Uşaqlar bu gün, 9 yanvar tarixində torpağa
tapşırılacaqlar.
Faciə 5 yanvar tarixində Çolariaların Saberiodakı evində yanğın
nəticəsində baş verib. Yeni il gecəsi Zuqdidi bələdiyyəsindən
getmiş nənə və beş nəvə evdə olub. Ehtimal olunur ki, yanğın odun
sobasını yandırmaq istəyərkən benzindən düzgün istifadə edilməməsi
səbəbindən baş verib. Taxta ev tamamilə yanıb, uşaqları xilas etmək
mümkün olmayıb.
Ölənlərin ən böyüyü 8 yaşlı qız uşağı, ən kiçiyi isə 8 aylıq olub.
Uşaqların nənəsi yanıq xəsarətləri ilə Kutaisi Referal
Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti stabil ağırdır.
Qeyd edək ki, 6 yanvar tarixində işğal olunmuş Abxaziyada da matəm
günü elan edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415