Marneuli yerli özünüidarəsi Durmuşxan Mağalaşvili adına körpünün
bərpasına 1 878 333 lari ödəyir.
İşləri “İrlani” MMC həyata keçirir. Amma aydın olub ki, 2 milyona
yaxın vəsaitə Mağalaşvili körpüsünün ətrafında olan iki dəmir
konstruksiyanın sökülməsi daxil deyil.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Mağalaşvili körpüsünün
ərazisində olan dəmir konstruksiyaların sökülməsi üçün “Gürcüstan
Birləşmiş Şirkəti” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.
Marneuli meriyasına dəmir konstruksiyaların sökülməsi tələbi ilə
körpünün bərpa işlərini həyata keçirən “İrlani” MMC müraciət
edib.
“Xatırladaq ki, məktubda qeyd olunan məsələdən aydın
olur ki, körpünün tikinti-bərpa işlərindəki çatışmazlıqdan əlavə
digər mövcud faktorlarla yanaşı, körpünün yanındakı dəmir
kosnturksiyalar da maneəçilik yaradır.
Tikinti prosesini maneəsiz rejimdə həyata keçirmək üçün Marneuli
bələdiyyəsi tərəfindən konstruksiyanın sökülməsinin, “Marneuli
Avtopark” MMC-nin ərazisinə yerləşdirilməsini məqsədəuyğun hesab
edirəm”, – sadələşdirilmiş müqavilənin
izahatnaməsində qeyd olunub.
Marneuli meriyası dəmir konstruksiyaların sökülməsi üçün “Gürcüstan
Birləşmiş Şirkəti” MMC-ə 13 133 lari 40 tetri ödəyəcək.