Təzəkəndin sıradan çıxmış yolunun bərpası üçün bu il Marneuli bələdiyyəsinin büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulmayıb

Sadaxlı ərazi birliyinə daxil olan Təzəkənd kəndi Marneulidən təqribən 35 km-də yerləşir. Kəndə qədər getmək yalnız asfalt qatı çəkilmiş Marneuli-Sadaxlı yolu ilə mümkündür.

Təzəkənd başlayan kimi daxili yollar xarabdır. Yayda dəhşət toz qışda isə palçıqlı yollar – Təzəkəndin problemi belədr. Bununla illər ərzində hər gün mübarizə aparmalı olurlar. Yeni yolun düzəldilməsi ümidi isə yalnız seçkidən seçkiyə yaranır. Ancaq indi əksəriyyət buna da inanmır və bir nömrəli yol problemi haqqında bizimlə açıq danışırlar.



“Marneuli” radiosu Təzəkənddə yolun bərpası işlərinin planlaşdırılıb planlaşdırılmadığını aydınlaşdırmaq üçün Marneuli meriyasının PR xidməti ilə əlaqə saxladı. PR xidmətindən bizə Təzəkənddə görüləcək işlərin siyahısını göndərdilər. Yolun bərpası isə görüləcək işlər siyahısında yox idi.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər