İmamquliyev Azad Kərimovun fraksiyadan getməsini "Gürcü Arzusu"nun dəyirmanına su tökmək kimi dəyərləndirir

Marneuli Bələdiyyə məclisinin deputatı, “Avropalı Gürcüstan” fraksiyasının üzvü Azad Kərimov vəzifəsindən istefa verib.

Fraksiyanın sədri Əhməd İmamquliyev hesab edir ki, Azadın bu qərarı müəyyən dərəcədə onun qərarı ilə bağlı ola bilər. Belə ki, İmamquliyev Azadın vəzifəsinə onların fraksiyasının başqa üzvünü təyin edib. Amma Əhməd İmamquliyev hesab edir ki, onların inkişafı üçün belə addımın atılması vacibdir.

“Ola bilsin müavin bu faktı özü üçün təhqir və ya qəbuledilməz hesab edib. Bəlkə daim müavin olacağını düşünürmüş. Amma bildiyiniz kimi, bu siyasi təşkilatdır və burada həmişə dəyişikliklər olmalıdır ki, ayrı-ayrılıqda deyil, hər kəs birlikdə inkişaf etsin. Hesab edirəm ki, bu normal addımdır. Amma təəssüf ki, bu bəziləri üçün normal deyilmiş”, - deyə Əhməd İmamquliyev bildirib.



Azad Kərimov bu gün Bələdiyyə Məclisinin iclasında iştirak etmirdi. Bunu isə İmamquliyev məsuliyyətsizlik hesab edir. Onun fikrincə Azad Kərimovun qərarı daha çox “Gürcü Arzusu” üçün sərfəlidir.

“Avropalı Gürcüstan” partiyası Marneuli Bələdiyyə Məclisində 3 nəfərlə təmsil olunur.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər