Marneulidə avqust müharibəsində həlak olanların xatirəsi yad edildi
Marneulidə avqust müharibəsində həlak olan qəhrəmanları yad ediblər və 8 avqust müharibəsində həlak olanların memorialının ərazisinə toplaşıblar. Yerli və mərkəzi hakimiyyət nümayəndələri bir daha 10 il bundan əvvəl baş vermiş Rusiya-Gürcüstan müharibəsini xatırlayıblar və əsgər ailələrinin üzvlərinə, onların övladlarına, ata və həyat yoldaşlarına təşəkkür ediblər. Marneuli merinin öhdəliyini yerinə yetirən Zaur Tabatadzenin sözlərinə görə bugünkü gün Gürcüstan qəhrəmanları sonuna qədər mübarizə aparıblar və özlərini vətənə fəda ediblər.

“Böyük qüvvələr Gürcüstan ərazisinin işğal edilməsini arzulayırdılar. Onlar bizim qəhrəmanların mənəvi və fiziki möhkəmliyi ilə qarşılaşdılar. İşğalın olmaması hüçün hər şeyi etdilər. Lakin qüvvələr bərabər deyildi. Bu qəhrəmanlar öz adlarını Gürcüstanın yaxın tarixinə qızıl hərflərlə yazdılar və bir qarış torpağımızı belə heç kəsə güzəştə getməyəcəyimizi göstərdilər” – deyə Zaur Tabatadze bildirdi.

br />
Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə görə 8 avqust müharibəsi daim bizə nümunə olan qəhrəmanları xatırladacaq və onlar bizə vətəni necə sevməli və qorumalı olduğumuzu göstərdilər.

“Qeyd olunmalıdır ki, bizim qəhrəmanlar qüvvələrin həm canlıqüvvə, həm də silah baxımından qeyri-bərabər olmasına baxmayaraq qarşı çıxdılar. Bizim qəhrəmanlar sonadək mübarizə apardılar və ölkəmizi düşməndən qorumaq baxımından hər birimizə nümunə oldular” – deyə Amiran Qiorqadze bildirdi.



Bugünkü tədbirdə eləcə də Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı da iştirak edirdi. O, qeyd etdi ki, rus tərəfi Gürcüstana qarşı aqressiv siyasətini davam etdirir. Buna baxmayaraq ölkə çalışır ki, sülh yolu ilə konflikti həll etsin.

“2008-ci il avqust müharibəsindən 10 il keçsə də, Rusiya bu gün də Gürcüstanı işğal etməyə, aqressiv siyasətə davam edir. Bunlara baxmayaraq bu gün hökumətimiz münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir, abxaz və osetin qardaşlarımıza onların inkişafının və bizim inkişafımızın bütöv dövlət olmadan mümkün olmadığını göstərir” – deyə Zaur Darğallı bildirdi.



Marneuli yerli özünüidarəetməsi müharibədə həlak olanların ailələrinə 500 larilik yardım verilib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər