Ticarətçilərin narazılığından sonra bazar ərazisindən tullantılar çıxarılıb
Marneuli bazarının ətraf ərazisində, Ağmaşenebeli küçəsində olan tullantılar artıq təmizlənib. Bir neçə gün ərzində baş verən konfliktə baxmayaraq tullantıları heç kim aparmırdı.

Marneuli radiosuna Marneuli bazarının ticarətçilərindən biri ilə əlaqə saxladı və mövcud vəziyyət haqqında məlumat verdi.

Biz "Təmiz Marneuli" MMC-nin direktoru Leri Mumladze ilə əlaqə saxladıq və o, qeyd etdi ki, bu qədər zaman ərzində tullantılar iş texnikasının idarə olunmamasına görə aparılmayıb. Ancaq dünən 29 avqustda axşam saatlarında ağmaşenebeli keçəsindən tullantıları aparıblar.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər