Keçid balını toplamalarına baxmayaraq universitetdə qeydiyyatdan keçə bilməyən abituriyent siyasi partiya vasitəsi ilə güzəşt əldə etmək istəyirlər

Kvemo Kartli miqyasında beş yüz nəfərədək gənci eyni problem birləşdirir. Onlar Vahid Milli İmtahanlarda keçid balını toplamalarına baxmayaraq universitetlərdə qeydiyyatdan keçə bilmirlər.

Onlar buna narazılıqlarını bildiriblər və Marneulidə Avropalı Gürcüstan partiyasının üzvü Əhməd İmamquliyevə müraciət ediblər.

İmamquliyev bizimlə söhbəti zamanı bildirdi ki, uşaqların əsas problemi onlara düzgün məlumat verilməməsidir. Qeyr-düzgün məlumat dedikdə isə o, abituriyentlərin ərizə formalarında istədikləri sayda universitetlərin siyahısını göstərə biləcəkləri haqqında məlumatlarının olmamasını nəzərdə tutur.

“Necə dolduracaqları barədə yaxşı məlumatları yox idi. Bir neçə universiteti yaza biləcəklərini bilmirdilər. Buna görə də bəziləri 2, bəziləri 3, bəziləri isə ümumiyyətlə 1 universitet qeyd edib. Biz başqa universitetlərdə boş qalmış yerlər varsa, bu uşaqların gedib həmin universitetlərdə təhsil almalarına imkan yaradılması üçün güzəşt istəyirik”
– deyə bildirdi Əhməd İmamquliyev.

Əhməd İmamquliyev bildirir ki, uşaqların universitetlərdə qeydiyyatdan keçməsi üçün onlara daha bir imkan yaradılmalıdır. Bunun üçün isə müvafiq orqanlara artıq müraciət ediblər və imza toplayıblar.

“İmzaları Parlamentə, Parlament sədrinə, Təhsil nazirliyinə, Parlamentin sədr müavini cənab Serqi Kapanadzeyə, Parlamentin Təhsil Komitəsinin sədri Mariam Caşiyə, Parlamentin Təhsil Komitəsinin sədr müavini cənab Serqo Ratianiyə, göndərdik” – deyə bildirdi Əhməd İmamquliyev.

Marneuli Resurs-Mərkəzinin direktoru Kənan Ömərov Abituriyentlərə düzgün məlumat verilməməsi fikri ilə razılaşmır və deyir ki, şagirdlərin düzgün məlumat alması üçün hər cür şərait yaradılmışdı. Məktəbdə abituriyentlər üçün ayrıca saat ayırılmışdı və müəllimlər onlara məlumat çatdırırdılar.

Qiymətləndirmə və İmtahan Mərkəzindən “Marneuli” radiosuna bildirdiklərinə görə, abituriyentlərin ali təhsil müəssisələrinə qeydiyyatı topladıqları bala müvafiq olaraq proqram əsasında həyata keçirilir. Yəni, ola bilər ki, abituriyent keçid həddini aşa bilsin, lakin onun müsabiqə balı onun tərəfindən göstərilmiş/seçilmiş təhsil proqramına qeydiyyat üçün kifayət olmasın.

Bundan əlavə onu da bildirdilər ki, hər bir abituriyentin ilin əvvəlində istədikləri sayda fakültə yaza biləcəkləri barədə məlumatı var idi. Həmçinin, bu il abituriyentlərin maraqlarını nəzərə alaraq təhsil proqramlarının siyahısına dəyişiklik etmək (təhsil proqramının əlavə olunması, yerinin dəyişdirilməsi, silinməsi) üçün vaxt uzadılmışdı. Abituriyentlər Prioritet siyahıda 27 avqust tarixinədək dəyişiklik edə bilərdilər.

Bütün bunlar nəzərə alınaraq ikinci dəfə qeydiyyata ehtiyac qalmır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər