Abazovun işinə dair Marneuli bələdiyyə məclisi üzvünün ittihamı ağırlaşıb

Temur Abazovun işi ilə bağlı daha iki nəfərin ittihamı ağırlaşdırılıb. Onlar E.Quliyev və R.Allahverdiyevdir. İki nəfərin 126-cı prima maddənin "b" aşağıbəndinə əsasən ağırlaşdırılıb.


Maddə qrup şəklində adam döyməni nəzərdə tutur. R.Allahverdiyev Marneuli meriyasının bələdiyyə məclisinin "Gürcü Arzusu" partiyasının deputatıdır. Azər Süleymanovun ittihamı isə olduğu kimi qalıb.

Xatırladaq ki, Temur Abazov Marneuli sakininə qarşı insanlıqdan kənar yanaşma faktına dair 13 iyunda həbs olunub. 14 iyunda isə məhkəmə ön tədbir olaraq ona həbs cəzası verib.

Döymə faktı ilə bağlı Gürcüstan parlamentinin "Vahid Milli Hərəkatdan" üzvü Azər süleymanov və daha 2 nəfər qarşı araşdırma başlayıb.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər