Marneulidə təbii fəlakət nəticəsində zərər çəkən ailələrdən yalnız ikisinin kompensasiyaya ehtiyacı olub

Marneulidə yaşayan Zeynalovlar ailəsi 7 iyun tarixində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkən ailələrdən biridir.

Təbii fəlakət zamanı bütün məişət avadanlıqları məhv olmuşdu, evdə yata bilmirdilər və həftələr ərzində tövlədə yatmışdılar.

Bənövşə Zeynalova pensiyaçıdır, deyir ki, elə də ehtiyac içində idilər, təbii fəlakət isə onların iqtisadi vəziyyətini daha da ağırlaşdırıb. “Televizorum getdi, soyuducum getdi, radiom getdi, hər şey suyun içində batdı”, - Bənövşə Zeynalova deyir.



Zeynalovanın dediyinə görə, Marneuli meriyası 1500 lari həcmində birdəfəlik yardım verib. Lakin deyir ki, kifayət etməyib. Sosial yardıma ümid edir, lakin Marneuli Sosial Xidməti yüksək reytinq balına görə onlara ehtiyac içində yaşayan statusu verməyib. Zeynalovlar ailəsi isə yardımın vacib olduğunu bildirir.

Marneuli merinin müavini Laşa Lobjanidzenin dediyinə görə, Marneulidə yalnız təbii fəlakətdən zərər çəkən iki ailənin hər birinə 1500 lari yardım göstərilib. Digər zərərçəkənlərə dəymiş ziyan çox az olduğundan onlara kompensasiya verilməyib.

Marneuli Sosial Xidmət Agentliyindən bildirirlər ki, konkret ailə haqqında məlumat verməyə ixtiyarları yoxdur, lakin deyirlər ki, əgər ailə müraciət edərsə, onlara nə üçün sosial yardım verilmədiyini izah etməyə hazırdırlar.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər