Rustavi Şəhər Məhkəməsində Temur Abazovun işinin müzakirəsi davam edir

Rustavi Şəhər Məhkəməsində Marneulinin sabiq meri Temur Abazovun, Gürcüstan Parlamentinin üzvü Azər Süleymanovun və digər müttəhimlərin işinin müzakirəsi davam edir.

Məhkəmə iclasına hakim Ketevan Luaşvili rəhbərlik edir.

6 sentyabr tarixində Marneulinin sabiq meri Temur Abazovun ittihamı ağırlaşdırılmışdı. Ona qarşı irəli sürülmüş ittihamlara şəxsi həyatın əks olunduğu materialın əldə olunması, təşkil olunması, internet və sosial media vasitəsilə yayılması da əlavə olunmuşdu.

Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş alçaldıcı və qeyri-insani rəftar faktı ilə bağlı saxlanılmış Marneulinin sabiq meri barəsində məhkəmə 14 iyun tarixində həbs qərarı vermişdi.
Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 114.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi və 25, 157.1-ci maddəsininbirinci və ikinci hissələri ilə, A.Allahverdiyev, A.Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan CM-nin 126-cı maddəsinin birinci hissəsinin “b” bəndi ilə qaldırılıb.

 

Mənbə: Birinci Kanal

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər