Müdafiə Nazirliyi Marneulili əsgərə qarşı hərbçilər tərəfindən törədildiyi iddia edilən zorakılıqla bağlı bəyanat yayır
Marneulili əsgər Kazım Qəhrəmanov  bildirir ki, onu Krtsanisi təlim mərkəzində döyüblər. Kazımın sözlərinə görə ondan pul tələb ediblər. Etiraz etdiyi halda isə onu döyüblər. Əsgərin göz nahiyəsində göy ləkə görünür.

Mediyada yayımlanan məlumatdan sonra Müdafiə Nazirliyi bəyanat yayımlayıb. Bəyanatı olduğu kimi sizə təqdim edirik:

Gürcüstan Müdafiə Nazirliyinin bəyanatı:

Media vasitələrindən birində yayımlanan məlumatla bağlı əsgər K.Q.-ya qarşı həyata keçirilmiş mümkün zorakılıq və məbləğin mümkün qəsb edilməsi faktı ilə bağlı hərbi polisdə dərhal Gürcüstan Cinayət Məcəlləsinin 386-cı maddəsinin 1-ci hissəsi ilə istintaq başlayıb. Həmin maddə hərbi xidmətçilər arasında qarşılıqlı tabesizlik qaydasının pozulmasını nəzərdə tutur və eyni zamanda 181-ci maddənin 1-ci hissəsi qəsb etmə maddəsi də istintaqa daxil edilib.

Xatırladaq ki, hərbi polis tərəfindən artıq əsgərin qeyd etdiyi serjant K.E. dindirilib və o, əsgərə qarşı hər hansı zorakılıq törədilməsini qəti şəkildə təkzib edir.

İlkin dindirilmə nəticəsində qeyd olunan fakt təsdiqlənməyib. Ancaq əsgər tərəfindən qeyd olunan mümkün zorakılıq faktının təsdiqlənməsi halında bütün günahı olan şəxslər qanunun tam ciddiliyi ilə məsuliyyət daşıyır.

386-cı maddə 3 ilə qədər azadlıqdan məhrum edilməni, 181-ci maddə isə 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur. Əsgər isə müəyyən vaxt ərzində Marneulidə tibbi müəssisədə olub. Hazırda isə onum dindirilməsi prosesi gedir. Ailənin qarşı çıxmasına görə əagərin dindirilmə prosesi uzanır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər