Sabirkənddən olan 101 yaşlı Böyük Vətən müharibəsinin iştirakçısı
Hüseyn Novruzov 1920 -ci ildə Marneulidə – Sabirkənddə dünyaya gəlib. O, Böyük Vətən müharibəsini xatırlayacaq beş veterandan biridir. 9 may onun üçün xüsusi gündür. Müharibəyə gedəndə gənc olub və müharibədə bir neçə dəfə yaralanıb. Ac qaldıqları, yaralı vəziyyətdə bir xəatəxanadan digərinə getdiyi günləri xatırlayır. Ancaq çətinliklərə baxmayaraq xilas olmağı bacarıb.

101 yaşlı Hüseyn Novruzovun 6 övladı və 15 nəvəsi var. Müharibə və keçdiyi çətin həyat yolundan övladlarına tez-tez danışır. Onun istəyi ölkənin sülh, firavanlıq içində olmasıdır.

Faşizm üzərində qələbə günü Gürcüstanda 9 may 1946-cı ildən qeyd olunur. Hazırda Marneuli miqyasında cəmi beş müharibə veteranı var.


Print Email
FaceBook Twitter Google