Marneuli məktəblərində "son zəng" çalındı
Candar ictimai məktəbində son zəng çalınıb. 17 nəfər məzun Marneuli mərkəzi parkına toplaşıb, şəkillər çəkdiriblər və bir-birinə uğurlar arzulayıblar. Həmin məktəbin şagirdi Nuranə Məmmədova bildirdi ki, koronaviusa görə müəyyən məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, xoşbəxtdir ki, sinif yoldaşları ilə birgə bu günü qeyd etmək, ağ köynək geyinmək və köynəklərə təbriklər yazmaq mümkün olub. 


12-ci sinif şagirdləri üçün tədris ili rəsmi olaraq 20 may tarixində başa çatacaq. Təhsil Resurs Mərkəzindən verilən məlumata görə, məzunlar son zəngi bu gün də qeyd edə bilərdilər.

Epidemioloji vəziyyətə görə, Təhsil Nazirliyinin tövsiyələrinə əsasən “son zəng” tədbirlərini yalnız 12-ci sinif şagirdlərinin və məktəb müəllimlərinin iştirakı ilə, məktəb ərazisində qeyd etmək olar. Kənar şəxslər tədbirdə iştirak etməməlidir. Əgər məktəbin imkanı olarsa, tədbir açıq məkanda baş tutmalıdır.


Print Email
FaceBook Twitter Google