"Vahid Milli Hərəkatı"nın Marneuli rayon təşkilatının sədri Aqil
Mustafayev və daha bir neçə üzv yerli özünüidarə seçkilərində
iştirak etməyəcək.
Bu barədə bu gün, 7 avqust tarixində, partiya ofisinin qarşısında
keçirilən brifinqdə məlumat verilib. Aqil Mustafayevin sözlərinə
görə, səbəb onunla regional nümayəndələr arasında narzılıq olub.
Baxmayaraq ki, seçkilərdə iştirak etməyəcəklər, partiyada yenə də
qalırlar.
"Mənimlə birlikdə olan adamlar yalnız Mili Hərəkatın üzvü deyillər.
Bu adamlar bütün kəndlərdə və regionda bu partiyanın yerli
liderləridirlər. Bizim qərarımız belədir ki, VMH-da qalaq. Ancaq bu
seçkilərdə iştirak etməyəcəyik. Səbəb isə odur ki, bir neçə gün
ərzində bizimlə "VMH"-ın regional ofisi arasında məsləhətlər oldu.
Həmin məsləhətləşmələr elə başa çatdı ki, bizimlə partiyanın
regional nümayəndələri arasında razılaşma baş tutmadı.
Bizi öz seçkiləri qazanmaq üçün tam başqa strategiya düşünmüşdük.
Ancaq bizə tam başqa planlar təklif etdilər. Daha bir səbəb isə
odur ki, Milli Hərəkatın liderləri VMH-ın Marneuli ofisi ilə
razılaşmadan müxtəlif addımlar atmasıdır."
Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl "VHM"-nın lideri Azər
Süleymanov partiynı tərk edib. O, partiyanı tərk etməsi ilə bağlı
öz Facebook səhifəsində yazıb. Süleymanovun sözlərinə görə,
partiyanı tərk etmək qərarını, partiyada olan adamların onların
xidmətini müvafiq şəkildə qiymətləndirməməsidir.