Mərkəzi Seçki Komissiyası yerli özünüidarə seçkilərinin Marneuli
üzrə ilkin nəticələrini yayımlayıb.
Nəticələr görə, Marneuli meri “Gürcü Arzusu”-nun namizədi Kənan
Ömərov olub. 91 seçki məntəqəsindən 86-da Ömərov seçkiləri qazanıb,
5-də isə məğlub olub.
Ən az etimadı Axlılələ, İkinci Kosalı, Yuxarı və Aşağı Saral
seçiciləri göstəriblər.
Ömərovun ən az səs topladığı məntəqələrdən biri isə Marneuli
şəhərindəki məntəqələrdən biridir.
Axlılələ
- Kənan Ömərov - 130 səs
- Eldar Mustafayev - 166 səs
İkinci Kosalı
- Kənan Ömərov - 112 səs
- Eldar Mustafayev - 234 səs
Yuxarı Saral
- Kənan Ömərov - 167 səs
- Eldar Mustafayev - 192
Aşağı Saral
- Kənan Ömərov - 132 səs
- Eldar Mustafayev -227 səs
Marneuli şəhəri 69 saylı seçki məntəqəsi
- Kənan Ömərov - 237
- Eldar Mustafayev - 247
Ömərov yerli özünüidarə seçkilərində ümumilikdə 31 565 səs
toplayıb, bu isə seçkidə iştirak edən seçicilərin 68,01%-dir.
İkinci yerə səslərin 28,11% ilə VMH partiyasının Marneuli meri
vəzifəsinə namizəd Eldar Mustafayev çıxıb. Bu isə 13 047 seçicinin
səsi deməkdir.
Avropalı Gürcüstanın Marneuli meri vəzifəsinə namizədi Əhməd
İmamquliyev isə 1800 səs toplayıb, bu isə seçicilərin 3,88%-ni
təşkil edir.