Koronavirusa 338 yoluxma və iki ölüm halı – Marneuli Səhiyyə Mərkəzinin məlumatı

Marneuli bələdiyyəsində 22 noyabr tarixindən bu günə qədər koronavirusa 338 yoluxma qeydə alınıb.



Bu barədə “Marneuli” radiosuna Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən məlumat verdilər. Verilən məlumata görə, son bir həftə ərzində iki xəstə dünyasını dəyişib.

“Bizim mərkəzdə 22 noyabr tarixindən 6 dekabra qədər koronavirusa 338 yoluxma qeydə alınıb. İki ölüm halı da baş verib, ancaq bu iki hal yalnız Səhiyyə Mərkəzi tərəfindən nəzarətə götürülmüş xəstələrə əsasən qeydə alınıb”.

Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, peyvənd vurduranların sayı da artıb. Onların məlumatına görə, son bir həftədə 2446 nəfər peyvənd vurdurub.

Bu günə olan məlumata görə, Gürcüstanda 1778 yoluxma qeydə alınıb. 63 nəfər isə dünyasını dəyişib.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər