Marneulidə Omikron qeydə alınmayıb – Marneuli Səhiyyə Mərkəzi
Ölkədə koronavirusun yeni ştamı – omikron yayılıb. Gürcüstanın bir neçə regionunda artıq omikron qeydə alınıb. Marneuli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Eter Laperadzenin açıqlamasına görə, omikronla adi qripin fərqi laboratoriya baxımından müəyyən edilir. Araşdırmalara görə, bələdiyyədə omrikon aşkarlanmayıb.

“Omikronu adi qripdən fərqləndirmək mümkün deyil, çünki bu yalnız laboratoriya şəraitində müəyyən edilir. Şübhəli nümunələr laboratoriyaya göndərilir və orada fərqləndirirlər ki, hansı omikron, hansı delta ştamıdır. Marneulidə şübhəli nümunələrlə bağlı araşdırma aparıldı, ancaq hələ ki, omikrona yoluxma qeydə alınmayıb”, – Laperadze bildirdi.

İctimai Səhiyyə Mərkəzi rəhbərinin sözlərinə görə, Marneulidə koronavirus halları azalıb və gün ərzində 4-5 yoluxma qeydə alınır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər