Bu gün Facebook və Messenger-ə nə olub
Facebook və Messenger istifadəçiləri bu gün bu aplikasiyalardan istifadə etməkdə çətinlik çəkirlər.
Nasazlıqlar saat 1-dən etibarən başlayıb. DownDetector-da yayımlanan məlumatlara əsasən, bu gün, hər dəqiqə yüzlərlə Messenger istifadəçisi aplikasiyaya daxil olmaqda problem yaşayıb.

Bir anda 1 200 istifadəçi eyni vaxtda Messenger-ə daxil ola bilmədiklərini, mətn mesajları göndərə bilmədiklərini və zəng edə bilmədiklərini yazıblar.

Son 24 saatda Messenger-in problemləri [Şəkil] Son 24 saatda Facebook problemləri [Şəkil] Facebook istifadəçilərinin 42%-i daxil olmaqda çətinlik çəkib, 39%-i sosial şəbəkədən ümumiyyətlə istifadə edə bilməyib, 18%-i isə, Newsfeed-in qüsurları narahat edib.

Messenger-ə gəldikdə, istifadəçilərinin 55%-i mesaj alma problemi haqqında yazıb, 30%-i serverə qoşulmaqda və 13%-i daxil olmaqda çətinlik çəkib.

"Bir saatdan çoxdur mesaj göndərməyə çalışıram...? Aplikasiyanıza nə olub?" - deyə narahat olmuş bir Messager istifadəçisi yazıb. Hələlik nə Facebook, nə də Messenger bu nasazlıqlar barədə hər hansı bir açıqlama verməyib, lakin məyus olmuş istifadəçilər artıq başqa platformalara keçiblər.

Mənbə: On
Print Email
FaceBook Twitter Google