Mestiada bir nəfər öz qardaşını öldürüb
Mestianın Tsxumari kəndində bir nəfər soyuq silahla öz qardaşını öldürüb. Məlumata görə, hadisədən əvvəl onların arasında qarşıdurma olub. Yerli sakinlərin sözlərinə görə, qardaşlar sərxoş olublar. Qətlə yetirilən kişi müəllim idi.

Cinayətdə istifadə olunan silah müsadirə olunub. Qardaşını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Interpressnews"-a verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google