Maskaların rəngli tərəfinin düzgün taxılması ilə manipulyasiya
Hökm: Faktlarla manipulyasiya
Analiz:
13 noyabr 2020-ci il tarixində İntermedia.ge veb-səhifəsində– “əksəriyyət tibbi maskanı səhv taxır” başlığı ilə məqalə paylaşıldı. Məqalədə maskanın rəngli və ağ tərəfi müzakirə olunub.

İntermedia.ge-nin məqaləsində oxuyuruq: “Belə ki, yadda saxlayın!!! Əgər xəstələnərsinizsə və başqasının da yoluxmasını istəmirsinizsə, maskanın ağ tərəfini ağzınıza doğru taxmalısınız. Amma əgər sağlamsınızsa, virusdan daha səmərəli qorunmaq üçün maskanı əks tərəfinə taxmalısınız – sağlam adamın tibbi maskası vizual olaraq mavi, yaşıl ya başqa rəng deyil ağ rəng olmalıdır!!!”

Qeyd olunan məsələ pandemiya dövründə manipulyasiya mövzusuna çevrilib. Maskanın tərəflərinin düzgün taxılması və onun necə çıxarılmasının böyük əhəmiyyəti var. Ancaq sağlam adamın tibbi maskanın rəngli tərəfini özünə və ağ tərəfini çölə tərəf taxmasını iddia etmək həqiqətə uyğun deyil.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Xatuna Zaxaşvili ictimaiyyətdə yayılmış fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, hamı tibbi maskanı eyni qaydada – rəngli tərəfi çölə, nisbətən açıq, yaxud ağ rəngli olan tərəfi üzə doğru taxmalıdır.

O, maskanın rəngli və ağ hissələrinin əhəmiyyətindən ətraflı danışıb. Zaxaşvilinin sözlərinə görə, maskanın rəngli tərəfi elə materialdan hazırlanıb ki, o yoluxmuş adamın ötürdüyü damcıların digər adamın tənəffüs sisteminə düşməsinin qarşısını maksimum dərəcədə alır. Ağ tərəfi isə suyu daha çox özünə çəkən təbəqədir.

Adamın ötürdüyü damcıları maksimum dərəcədə saxlamağa çalışır. Müvafiq olaraq yoluxmuş adam olsa və bu haqda bilməsə də, həmin təbəqə virus daşıyan hissəciklərin daha az yayılmasına səbəb olur. Buradan irəli gələrək Xatuna Zaxaşvilinin sözlərinə görə, hamı tibbi maskanı eyni qaydada – rəngli tərəfini çölə, nisbətən ağ tərəfini isə üzə doğru taxmalıdır.




Dünya Səhiyyə Təşkilatının Yoluxucu Xəstəliklər Epidemiologiya və Nəzarət Mərkəzinin həmrəhbəri Seto Vinq Honq da bu kimi məlumat yayımlamışdı. Onun sözlərinə görə, də maskanın hər iki tərəfinin xüsusi funksiyası var və ondan düzgün istifadə etmək mütləqdir.

Honqun sözlərinə görə, maskanın rəngli tərəfi (mavi) su keçirmir, ağ tərəfi isə suyu özünə çəkir. Ona görə də adam öskürən zaman məhz ağ tərəfi suyu özünə çəkir. Müvafiq olaraq maskanın ağ tərəfi həmişə içəridə, rəngli tərəfi isə çöldə olmalıdır.

Faktların araşdırılmasını həyata keçirən “Fullfact” platformasının yazdığına görə, tibbi maskaların rəngli tərəfi əsasən çöldə olmalıdır. Ancaq həmişə, istehsalçının maska ilə bərabər verilmiş təlimatını oxumağımız vacibdir.

Səhiyyə institutları da maskanın rəngli tərəfini çölə doğru taxmağımızı tövsiyə edir. Səhiyyə təşkilatının tibbi maskanı düzgün necə taxmağımızla bağlı inforqarfikasında deyilir: “Əmin olun ki, rəngli tərəf çöldə olmalıdır.”

Müvafiq olaraq, xəstələr və sağlam adamlar üçün eyni qaydada, tibbi maskanın ağ tərəfini üzümüzə tərəf, rəngli tərəfini isə çölə tərəf taxmağımız məcburidir.




Print Email
FaceBook Twitter Google