"DOSTUM BİLGEYTSİN BÜTÜN İNSANLARIN BƏDƏNİNƏ ÇİP YERLƏŞDİRƏCƏYİNİ DÜŞÜNÜR”. BU HALDA NƏ ETMƏLİ?

Peyvənd əleyhinə konspirasiya nəzəriyyələrinə inanan insanlarla ünsiyyət üçün qısa bələdçi.



“Peyvənd çox vacibdir və heç də qorxulu deyil. Bir göz qırpımında vurulur!” – 1966-cı(opens in a new tab) ildə Sovet İttifaqında çəkilmiş cizgi filmində marabu quşu peyvəndlə bağlı tərəddüdləri olan (və qorxan!) begemotu inandırmağa çalışır. Baxmayaraq ki, həmin tarixdən 50 ildən artıq vaxt ötüb və qlobal COVID-19 pandemiyası şəraitində peyvəndlər heç olmadığı qədər əhəmiyyətlidir, Kreml yönümlü KİV-in yaydığı mesajlar əvvəlki qədər inam verici deyil.

Pandemiya müddətində peyvəndlər haqqında internetin ən qaranlıq guşələrində yaranan “Bil Geyts peyvəndlərdən insanların bədəninə mikro-çip yerləşdirmək üçün istifadə edəcək” kimi əsassız iddialar Kreml yönümlü dezinformasiya KİV-lərində yeni impuls qazandı. Hər cür yanıldıcı səhiyyə məlumatları sosial mediada dövrə vurmağa(opens in a new tab), çaşqınlığa və səhiyyə böhranının daha da kəsinləşməsinə səbəb olmağa davam edir.

Çoxları peyvəndlərdə Microsoft çiplərinin olduğu barədə iddiaları sadəcə absurd hesab edir. Bəs belə düşünməyənlər necə? İnternetdə peyvəndlərlə əlaqədar konspirasiya nəzəriyyələrinə inanan insanlarla qarşılaşdıqda onlarla necə danışmalıyıq?

Faydalı ola biləcək bir neçə məsləhət:


Əgər sosial mediada peyvəndlər haqqında yanlış məlumatlar və ya konspirasiya nəzəriyyələri ilə qarşılaşırsınızsa, qızıl qayda belə paylaşımları platformalara şikayət etməkdir, çünki onlar əksər hallarda platformanın siyasətinə(opens in a new tab) zidd(opens in a new tab) olurlar. Bu cür məzmuna cavab vermək (hətta mənfi şərh vasitəsilə belə) yalnız onun daha çox yayılmasına xidmət edə bilər.

Peyvəndlər haqqında yanıldıcı iddialara və açıq konspirasiya nəzəriyyələrinə inanan və onları paylaşan insan dostumuz, sevdiyimiz bir insan, qonşumuz olduqda nə etməliyik? Qlobal əczaçılıq şirkətlərinə xidmət etdiyinə görə Roma papası ardıcıllarını peyvənd olunmağa dəvət edir kimi iddialar gülməli görünə bilər, lakin faktiki olaraq narahat olan insanları ələ salmaq, utandırmaq və ya onlara qəzəblənmək qeyri-məhsuldar yanaşma ola bilər.

Təhsilindən asılı olmayaraq, insanların peyvəndin təhlükəsizlik və səmərəliliyi(opens in a new tab) haqqında tutarlı narahatlıqlardan irəli gələn qorxu və tərəddüdləri ola bilər. İnsanlara hörmətlə yanaşmaq, onlara qulaq asmağa hazır olmaq həmsöhbətinə təsir etmənin əsas şərtidir.


Peyvəndlərə münasibətimizi yalnız elmi faktlar və ya tibbi arqumentlər deyil, həm də sosial, mədəni, iqtisadi və siyasi amillər, şəxsi təcrübələrmiz və mənəvi inanclarımız əsasında formalaşdırmağa meyilli olduğumuz elmi araşdırmalarda(opens in a new tab) dəlillərlə ətraflı əsaslandırılır. Qısası, peyvəndlər haqqında əsassız iddialara inanmağın kökündə dayanan səbəblər sadəcə məlumatsızlıqla məhdudlaşmır.

2017-ci ildə“ Nature Human Behaviour(opens in a new tab)” jurnalında dərc edilən araşdırma amerikalı valideynlərdən ibarət iki geniş qrup daxilində peyvəndlə bağlı tərəddüdlər və mənəvi dəyərlər arasında əhəmiyyətli statistik bağlılığı ortaya çıxarmışdı. Peyvəndlərə münasibətdə böyük tərəddüdləri olan valideynlər peyvəndlərin uşaqlarının “təmiz” bədənlərini çirkləndirdiyinə dair inancın təsiri altında idilər. Onlar həmçinin hökumətlərin fərdi davranışlara “nəzarət” etməməmli olduqlarına inanırdılar.

Dezinformasiya subyektləri belə inancları necə sui-istifadə və istismar edəcəklərini çox yaxşı başa düşürlər. Sosial mediada qarşılaşdığımız, peyvəndlərin insan DNT-sini(opens in a new tab) dəyişdirə biləcəyi və ya peyvəndlərə QİÇS, malyariya və ya “5G hissəcikləri” qatıldığını(opens in a new tab) irəli sürən əsassız iddialar faktlardan çox emosiyalara xitab edir. Belə iddialar bədənimizi (eləcə də uşaqlarımızın orqanizmlərini) “qeyri-təbii”, “çirkli”, “təhlükəli” olan hər şeydən qorumalı olduğumuza dair, dərin kök salmış inanclardan istifadə edir, peyvəndləri də məhz bu cür təsvir edirlər.

Bənzər qaydada COVID-19 peyvəndlərinin “mikro-çiplər və insanlar üzərində nəzarət üçün bəhanə olaraq istifadə ediləcəyini irəli sürən iddialar da müstəqillik və fərdi azadlıq hislərimizi istismar etmək üçün istifadə edilir (axı peyvəndləmə siyasətləri kollektivizm(opens in a new tab) elementlərini yada salır).

Mənəvi inanclarımızın manipulyasiya edilə biləcəyini anlamaq çətin və xoşagəlməz prosesdir. Peyvəndə bağlı narahatlıqlar və qorxular haqqında suallar verməklə özünə tənqidi baxışı təşviq etməyə çalışın. Və mühakimə etmədən dinləməyə hazır olun.


Peyvəndlər barədə tərəddüdləri olan insanlar çox güman ki, özlərinə və ya sevdiklərinə bilərək ziyan vermək istəmirlər. Bir valideynin TED söhbəti(opens in a new tab) zamanı qısaca ifadə etdiyi kimi, peyvənd məsələsində valideynlərin çoxu “səhv addım atmaqdan dəhşətli dərəcədə qorxurlar”.

Müəyyən mənada peyvəndlər öz uğurlarının(opens in a new tab) qurbanlarıdırlar. Çiçək xəstəliyi(opens in a new tab) ilə bağlı xəbər saytlarından deyil, tarix kitablarından məlumat alırıq, bunun səbəbi də məhz peyvəndlərin bu xəstəliyi sıradan çıxarmasıdır. Lakin bu, eyni zamanda peyvəndin potensial əks-təsirlərini (risk nə qədər kiçik də olsa) xəstəlikdən daha böyük təhdidə çevirir.

Bu sevdiklərinizə/dostunuza/qonşunuza da aid ola bilərmi? Onlar xəstəlik peyvəndə nəzərən daha uzaq təhlükə təsiri bağışladığına görəmi peyvəndlərdən daha çox qorxurlar? Unutmayın ki, Kreml yönümlü KİV və onların əlaltıları daxil olmaqla bəzi dezinformasiya subyektləri məhz bu hisləri alovlandıran iddialar ortaya atırlar ki, koronavirus böhranının KİV və ya “iri əczaçılıq şirkətlərinin” biznes maraqları naminə yaradıldığı iddiası buna nümunədir.

Sağlamlığımız üçün ən yaxşı qərarı vermək ehtiyacı kimi ortaq müstəvinin tapılması dialoq üçün fürsət yaradır. Düşmənçilik və qəzəbə səbəb ola biləcək “səhv çıxarmaq” yarışına girməkdən yayının. Emosional və şəxsi müstəvidə ünsiyyət qurmağa çalışın. Onların peyvənd məsələsində “düzgün seçim” etməkləri sizin üçün niyə vacibdir? Səhhətlərinə görə narahat olduğunuzu qəbul etməklə qarşınızdakı şəxslərin öz baxışlarını təkrar nəzərdən keçirmələri üçün güclü stimul yarada bilərsiniz. Peyvəndlərə nəyə görə etibar etdiyinizi izah edən, şəxsən başınıza gəlmiş əhvalatlar (bu haqda daha ətraflı məlumat üçün baxa bilərsiniz: peyvənd təhlükəsizliyi tədbirləri(opens in a new tab)) mücərrəd əsaslandırmadan daha inandırıcı ola bilər. Bunu etmək vacibdir, çünki hətta konspirasiya nəzəriyyəsinə qatılmayan insanların belə çox kiçik ölçüdə konspirasiya nəzəriyyəsinə məruz qalması mənfi nəticələr törədə bilər.


“The Atlantic Council(opens in a new tab)” təşkilatının bu yaxınlarda işıqlandırdığı araşdırmaya əsasən, internetdəki peyvənd əleyhdarı qruplar peyvənd tərəfdarı olan qruplarla müqayisədə daha şaxəli hekayələrdən istifadə edirlər. Sadə dildə desək: Peyvənd əleyhinə iddialar nadir hallarda yalnız peyvəndlərlə əlaqəli olur. Onlar (alternativ) sağlamlıq və ümumi rifah haqqında daha geniş mövzulardan bəhs edirlər. Beləliklə də, onlar tibb müəssisələrindən alınmış elmi məlumatlara əsaslanan, peyvəndi təbliğ edən ənənəvi materiallarla müqayisədə daha geniş şəbəkədən istifadə edirlər.

Məsələn, “alternativ(opens in a new tab)” tibbə həsr olunmuş, ukraynalılara xitab edən “Facebook” səhifəsi koronavirus peyvəndlərini “təhlükəli” nano hissəciklər və 5G texnologiyaları ilə əlaqələndirən bir sıra iddialarla çıxış edir. Eyni səhifə həmçinin Ayurveda təbabətinin möcüzələrini, qəhvənin xərçəng xəstələrinə faydalı olduğunu müdafiə edir.

Məqsədimiz qəhvə və Ayurvedanın mütləq surətdə ziyanlı olduğunu söyləmək deyil, lakin sosial mediada belə mövzuları izləyən insanlar fərqində olmadan özlərini peyvəndlər haqqında yanıldıcı və zərərli məlumatlara məruz qoya bilərlər. Bundan əlavə, daha çox sayda insan müəyyən fikirlərin doğru olduğuna inandıqda, bizim də bu fikirləri qəbul etmək ehtimalımız artır(opens in a new tab). Buna görə də konspiroloji nəzəriyyə və dezinformasiya məlumatlarında iştirakınız bu fikirlərin bizim düşüncəmizdə möhkəmlənməsinə kömək edir.

Sevdiyiniz bir insan və ya dostunuz bənzər bir “alternativ” məlumatın içindədirsə, onu maraqlı, etibarlı, faktlara əsaslanan məlumatlar paylaşan insanları və səhifələri izləməyə təşviq edin. Alimləri, elm adamlarını, müstəqil KİV-i, faktları yoxlayanları və bənzər icmaları izləmək peyvəndlər haqqında məlumatlar da daxil olmaqla onlayn dezinformasiyaya qarşı immunitet formalaşdırmaq üçün yaxşı üsuldur.


Konspirasiya nəzəriyyələrinə qucaq açan insanlar çox vaxt özlərini analitik düşüncəli insan hesab edirlər. Təsadüfi deyil ki, Kreml yönümlü dezinformasiya yayan KİV-in flaqmanı olan – RT auditoriyasını “daha çox sual verməyə” səsləyir.

Lakin BBC-nin bu faydalı məqaləsində(opens in a new tab) də qeyd edildiyi kimi, şübhəçi ruh həqiqətən də rasional düşüncənin əsas açarıdır. Məqsəd qarşınızdakı şəxsin maraq hissini və ya skeptikliyini azaltmaq deyil, onun maraq və ya skeptizminin istiqamətini dəyişməkdir. Və suallar verməyə başlayın.

Konspirologiya nəzəriyyələri “hər şeyi” izah etməklə və bütün mümkün suallara cavab verməklə, mürəkkəb reallıqları geniş və əhatəli ştrixlərlə təsvir etməyə meyillidir. Sosioloq Con Qanyonun(opens in a new tab) dediyi kimi, “elmi nəzəriyyə ilə konspiroloji nəzəriyyə arasındakı fərq budur ki, elmi nəzəriyyədə boşluqlar olur”. Qlobal pandemiya dövründə konspiroloji nəzəriyyələrin təklif etdikləri “hər şeydən xəbərdar” qətiyyət gündəlik təşvişlərimizdən dincəlməyə kömək edən mənbə rolu oynaya bilər. Qarşınızdakı şəxsin şübhəli mənbələrə bilmək ehtiyacını(opens in a new tab) təmin etmək üçün müraciət etmiş ola biləcəyini nəzərə alın.

Bundan əlavə, dezinformasiya yalnız siyasi deyil, kommersiya məqsədləri üçün də istifadə edilir. Qlobal Dezinformasiya İndeksinə(opens in a new tab) əsasən, reklam texnologiyası şirkətləri çoxsaylı tanınmış brendlərin reklamlarını yerləşdirmək üçün hər il minlərlə dezinformasiya saytına 250 milyon dollar ödəniş edirlər. Peyvəndlər əvəzinə “alternativ” tibbi vasitələri müdafiə edən veb-saytlar adətən sayta daxil olanlardan birbaşa maddi qazanc əldə etmək məqsədilə şübhəli qida əlavəsini reklam edirlər. Sosial medianı izləyənlər də dezinformasiya subyektləri tərəfindən “monetizasiya” edilə, nüfuz qazanmaq məqsədilə istifadə edilə bilərlər.

Qarşınızdakı şəxsdən kimin səhiyyə və peyvənd haqqında dediklərinə etibar etdiyini və nə üçün etibar etdiyini soruşun. Onu məlumatları necə axtarıb qiymətləndirməsi barədə, o cümlədən peyvənd əleyhinə mesajlar paylaşanların məqsədləri haqqında düşünməyə təşviq edin.


Bu addımlara əməl etsəniz, konstruktiv söhbətə nail ola və bununla da sonda dostunuzu və ya sevdiyiniz şəxsi konspirasiya quyusundan çıxara bilərsiniz. Sürətli nəticə gözləməyin.

Sağlamlıq və rifah haqqında fikir və duyğularımız mürəkkəbdir, dərin fərdi köklərə malikdir və bir gecədə dəyişmək ehtimalları azdır. Bundan əlavə, Hall Universitetinin Kommunikasiya və Kimya müəllimi Mark Lorçun(opens in a new tab) qeyd etdiyi kimi, yeni dəlillər baxışlarımızda ziddiyyətlər yaradır və bu da emosional rahatlığımızı pozur. Beləliklə, həddən artıq təzyiq göstərsəniz, qarşınızdakı şəxs bəraətlər tapa və faktiki olaraq, əleyhinə dəlillərə baxmayaraq, fikirlərində daha da qətiləşə bilər.

Konspirasiya nəzəriyyələrinin qəti əleyhinə olsanız da, qarşınızdakı şəxsə qarşı canıyananlıq göstərməklə qlobal pandemiyanın yaratdığı mürəkkəb və təşvişli atmosferdə dəyişiklik yarada bilərsiniz.

Və buna müvəffəq olsanız, dostunuza, sevdiyiniz insana və ya qonşunuza hər zaman begemot cizgi filmini göstərə bilərsiniz. Unutmayın, peyvənd çox vacibdir və qətiyyqorxulu deyil!




Mənbə: https://euvsdisinfo.eu/

 

Print Email
FaceBook Twitter Google