Gürcüstanda parlamentə təkrar seçkilərdə hakim partiya öndə olub
Gürcüstan parlamentinə və Batumi şəhər məclisinə təkrar seçkilərdə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının namizədləri qalib gəlib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan ilkin məlumatda deyilir.

MSK-nın məlumatına görə, Rustavi şəhərinin birmandatlı seçki dairəsindən Gürcüstan parlamentinə keçirilən seçkilərdə “Gürcü arzusu”nun namizədi İrakli Şatakişvili 89,2 səs toplayıb. Hakim partiyanın namizədi, Batumi şəhər məclisində yer uğrunda mübarizə aparmış Ramaz Djinçaradze isə seçilərin 69%-nin etimadını qazanıb.

Ümumi seçici fəallığı 31,8% təşkil edib.

Qonio, Kvariati və Aeroport kəndlərini birləşdirən rayonda Batumi Şəhər Assambleyasının deputatlığına Jinçaradzedən başqa müxalifətin Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Mate Putkaradzenin namizədliyi irəli sürülüb. O, 31% səs qazanıb. Qeyd edək ki, Milli Hərəkatdan olan
yerli deputat Nuqzar Putkaradze ötən ilin noyabrında vəfat etdikdən sonra kurort şəhərində təkrar səsvermə zərurəti yaranıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Articles Not Found!
«« Noyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1