Ruslar Avropaya ucuz uçuşlar üçün Moskva-Kutaisi aviareysini
yeniləməyə tələsir. Rusiyanın Hava Nəqliyyatı Agentlikləri
Assosiasiyasının İdarə Heyətinin sədri Dmitri Qorin Forbes-ə
müsahibəsi zamanı Kutaisiyə uçuşun "çox maraqlı olduğunu" deyir,
çünki oradan Macarıstanın aşağı büdcəli aviaşirkəti Wizz Air
Avropaya, yəni Varşava, Larnaka, Barselona, Roma, Paris və s.
şəhərlərə uçur.