Verilişlər
"Hüquqlarımız" – "Məhkəmənin müstəqil olmadığı ölkədə azadlıq mövcud deyil." Mixeil Cavaxişvili
"Məhkəmənin müstəqil olmadığı ölkədə azadlıq mövcud deyil."
Mixeil Cavaxişvili, Müstəqil məhkəmə, "İveriya" qəzeti, 1906


Ölkəmizdə yaratmaq istədiyimiz liberal-demokratiyanın əsas xüsusiyyəti hakimiyyətin bölünməsi prinsipidir. Hakimiyyətin bölünməsi prinsipi dedikdə hakimiyyətin üç qol arasında bölünməsi nəzərdə tutulur ki, bunlar da qanunverici, icraçı orqanlar və məhkəmədir.

Ölkəmizdə mühakimə üç instansiyada həyata keçirilir. Birinci instansiya, ikinci instansiya – yəni apelyasiya və üçüncü və son instansiya – ali məhkəmə.

Gürcüstanda bu üç instansiyadan başqa daha bir məhkəmə – Konstitusiya Məhkəməsi də var. Konstitusiya Məhkəməsi 4-cü instansiya məhkəmə hesab olunmur. O konstitusiya mühakiməsini həyata keçirir, yəni qanunverici normaların Konstitusiyaya uyğun olub-olmadığını yoxlayır. Demokratik dövlətdə bu funksiya çox mühümdür.

Məhkəmə hakimiyyəti dövlətdəki digər hakimiyyət qollarından müstəqildir və bu hakimiyyəti yalnız məhkəmələr həyata keçirir. Məhkəmə müstəqil və qərəzsiz olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı "Hüquqlarımız" verilişindən tanış ola bilərsiniz.

Verilişin aparıcısı hüquqşünas Eduard Marikaşvili.

Azərbaycan dilinə tərcümə Oqtay Kazımov.






Veriliş hər cümə axşamı saat 13:00-da FM96.9 dalğasında efirə gedir.

Verilişin təkrarı isə hər çərşənbə axşamı və şənbə günləri 13:00-da, hər bazar isə 17:00-da efirə gedir.

Verilişin video yazısı "Marneuli" radiosunun Facebook səhifəsinə yüklənir.




Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.


FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Bu
gün,
Bu gün, "Sizin maraq dairəniz" verilişinin qonağı İlya Dövlət Universitetinin tələbəsi, "Era" tetrının gənc aktyoru İdris Rüstəmov oldu.
"Bilik çarxı" verilişinin aparıcısı Gülgün Məmmədxanova dinləyicilərə Amerikalı cizgi film rəssamı ve cizgi roman yazarı Walt Disney haqqında danışdı.
Bu
gün,
Bu gün, "Sizin maraq dairəniz" verilişində "Marneuli" radiosunun jurnalisti Pərvin Hacıyeva Daima pozitiv olmağın sirləri və eləcə də musiqinin insan orqanizminə təsirləri haqqında danışdı.
Bu
gün
Bu gün "Gənclər Biznesdə" verilişinin aparıcısı Maqamed Aslanov "Marneuli" radiosunun dinləyicilərinə "Komunikasiya və komunikasiyanın efektləri" haqqında danışdı.
Qanuni vərəsəlik mirasın qanunla nəzərdə tutulmuş şəxslərə verilməsi deməkdir.
Bu
gün,
Bu gün, "Sizin maraq dairəniz" verilişinin qonağı Tbilisi Dövlət Tibb Universitetinin 4-cü kurs tələbəsi Tükəzban Osmanlı oldu.
Bu
gün
Bu gün "Gənclər Biznesdə" verilişinin aparıcısı Maqamed Aslanov "Marneuli" radiosunun dinləyicilərinə "Komunikasiya və komunikasiyanın efektləri" haqqında danışdı.
Bu gün,
Bu gün, "Sizin maraq dairəniz" verilişinin qonağı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbəsi Aləmşah Həsənov oldu.