Tetritskaroda bazaltın qanunsuz əldə edilməsinə görə ətraf mühitə 60 000 lari dəyərində ziyan dəyib

Ekologiya Departamentinin bəyanatına görə, Tetritskaroda vətəndaş tərəfindən ətraf mühitə vurulan ziyanın dəyəri təxminən 60 000 laridir.


Ekologiya Departamentinin məlumatına görə, bazaltın qanunsuz əldə edilməsi faktı Tetritskaro bələdiyyəsinin Ciqraşen kəndi yaxınlığında, dövlətə məxsus meşə ərazisində həyata keçirilib. Vətəndaş xüsusi texnikadan istifadə edərək, lisenziyasız şəkildə 6 564 kub metr bazalt daşını qanunsuz əldə edib.

"Bazalt daşını əldə edən
zaman vətəndaş 7 palıd ağacını da kəsib. 3 min kub metrə qədər daşı isə torpağın məhsuldar qatına töküb. Pozuntular nəticəsində ətraf mühitə dəymiş ziyanın ümumi dəyəri təxminən 60 min laridir",
– məlumatda qeyd olunub.

Ekologiya Departamentinin məlumatına görə, fakt cinayət motivi daşıdığı üçün materiallar sonrakı reaksiya məqsədilə müvafiq quruma göndərilib.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google