Bolnisi meriyası zədələnmiş damın təmirini bu il planlaşdırmır – sakinlər illərdir bu vəziyyətdə yaşadıqlarını deyirlər
Bolnisi bələdiyyəsinin Tamarisi qəsəbəsində, 12 saylı çoxmənzilli yaşayış binasında dam örtüyünün zədələnməsi səbəbindən 25-ci mənzilə su damır.
Bu barədə bina sakinlərindən biri "Marneuli" radiosuna məlumat verdi. Sakin həmçinin hər yağış və qar yağanda evə dolan suyun qarşısını necə almağa çalışdıqlarını əks etdirən fotoları da bizimlə paylaşdı.

Yerli sakinin sözlərinə görə, yağış yağanda otaqlara qablar düzməli olurlar ki, daman sular oraya toplansın. Sakin qeyd edir
ki, bu problem artıq illərdir mövcuddur və damın təmir olunacağı ilə bağlı vədləri əsasən seçki dövründə eşidirlər, lakin vəziyyət dəyişməz olaraq qalır.




Bolnisi bələdiyyəsinin Tamarisi qəsəbəsində yerləşən (12A nömrəli) binanın bərpasının planlaşdırılıb-planlaşdırılmadığı barədə sualımıza cavab almaq üçün Bolnisi meriyası bizdən rəsmi məktubla müraciət etməyimizi istədi. Meriyanın bu suala cavab verməsinə isə 22 gün lazım gəldi.

Məktubda qeyd olunur ki, 2026-cı ilin yerli büdcəsində Tamarisi qəsəbəsindəki 12A saylı çoxmənzilli binanın damının təmiri nəzərdə tutulmayıb.
Meriyanın məlumatına görə, bu il sözügedən qəsəbədə "Regionlarda Həyata Keçiriləcək Layihələr Fondu"nun maliyyə dəstəyi ilə yalnız daxili yolların bərpası işləri aparılacaq.

"Bununla belə qeyd edirik ki, Bolnisi meriyası son illər ərzində həm şəhər mərkəzində, həm də qəsəbələrdə çoxmənzilli binaların dam örtüklərinin yenilənməsini fəal şəkildə həyata keçirir. Ehtiyacdan asılı olaraq, mütəxəssislər tərəfindən həm 12 saylı binanın, həm də qəsəbədəki digər binaların vəziyyəti araşdırılacaq, layihə tapşırığı hazırlanacaq və gələcəkdə tikinti-bərpa işləri həyata keçiriləcək," – Bolnisi meriyası tərəfindən göndərilən cavabda qeyd olunur.

Xatırladaq ki, "Marneuli" radiosu Bolnisi meriyasına rəsmi məktubla fevralın 11-də müraciət etmişdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google