Koba Muradaşvilinin 4 illik hesabat tədbirində qonaqların qəbuluna 2 990 lari xərclənib

Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili dördillik fəaliyyətinə dair hesabat təqdim edib.


Dmanisi meriyasının fevralın 24-də yayımladığı məlumata əsasən, mer görüş iştirakçılarına son dörd il ərzində həyata keçirilən layihə və proqramlar barədə ətraflı məlumat verib.

Merin hesabat tədbirinə qatılan qonaqların qəbulu və ziyafəti üçün meriya fərdi sahibkar Manana Xorquani ilə sadələşdirilmiş qaydada müqavilə bağlayıb. İmzalanan sənədə
əsasən, Dmanisi bələdiyyə rəhbərinin 2025-ci il üzrə hesabat təqdimatında qonaqların qarşılanması və ziyafət xərcləri ümumilikdə 2 990 lari təşkil edib. Sadələşdirilmiş satınalma sənədlərində xərclərin digər təfərrüatları qeyd olunmayıb.

"Hesabat tədbirində Kvemo Kartli bölgəsinin dövlət müvəkkili İlia Calağania, müavini Avtandil Çrikişvili, Dmanisi, Bolnisi, Tetritskaro və Tsalka üzrə majoritar nümayəndə Davit Şerazadaşvili, eləcə də Dmanisi kəndlərinin sakinləri, müxtəlif sahə təmsilçiləri və yerli özünüidarəetmə rəsmiləri iştirak etdilər," – meriyanın rəsmi bəyanatında bildirilir.

Dmanisi meriyası tərəfindən yayımlanmış məlumata görə, Koba Muradaşvili hesabat zamanı həmçinin gələcək planlardan danışıb və əhalinin suallarını cavablandırıb.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google