Bolnisidə 2 park və 2 mini stadionun inşasına 800 000 lari xərclənməsi planlaşdırılır

Bolnisi yerli özünüidarəsi Bolnisi şəhərində və Qoçulu (Çapala) kəndində istirahət parklarının və süni örtüklü mini stadionların inşasını planlaşdırır.


Bolnisi meriyasının elan etdiyi tenderlərə əsasən ümumilikdə 2 park və 2 mini stadionun inşasına 800 000 lari xərclənəcək.
Meriya işlərin icrası üçün 2 tender elan edib.

Birinci tenderə görə Qoçulu (Çapala) kəndində 400 000 lariyə park və süni örtüklü mini stadionun inşası həyata keçiriləcək.

İkinci tender çərçivəsində isə 400 000 lariyə Bolnisi şəhərindəki 3 nömrəli uşaq bağçasının yaxınlığında park və mini stadion inşa olunacaq.

Tenderlərə əsasən məbləğin 95%-i dövlət büdcəsindən, 5%-i isə yerli özünüidarə tərəfindən ayrılıb.

Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 24-29 aprel tarixləri arasında təqdim edə bilərlər. Qalib şirkət işləri müqavilə imzalandıqdan etibarən 120 gün ərzində tamamlamalıdır.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google