DİN Bolnisili fəala hücum faktı ilə bağlı zorakılıq maddəsi ilə istintaqa başlayıb

Daxili İşlər Nazirliyi Bolnisili fəal Nurəddin Nəbiyevə qarşı törədilmiş hücumla bağlı zorakılıq maddəsi ilə istintaqa başlayıb.


Qurumdan "Marneuli" radiosuna bildirdilər ki, faktla bağlı müvafiq istintaq tədbirləri həyata keçirilir.

Bu gün, 15 aprel tarixində Bolnisi bələdiyyəsinin Bala Muğanlı kəndində yerli fəala 9 nəfər hücum edərək ona fiziki zorakılıq tətbiq edib. "Marneuli" radiosuna danışan Nurəddin Nəbiyev hücumu öz
fəaliyyəti və siyasi baxışları ilə əlaqələndirir.

“9 nəfər içəri girdi. Üzlərini xatırlamıram. Həmin vaxt Bolnisi bələdiyyəsinin Faxralı kəndindəki çay evində işləyirdim. Adımı soruşdular, sahibkarın mən olub-olmadığımı dəqiqləşdirdilər, “bəli” deyən kimi doqquzu da birdən mənə zərbələr endirməyə başladılar. Hesab edirəm ki, bu insanlar xüsusi olaraq meriyadan və İran tərəfdarları tərəfindən göndəriliblər. Yarısı meriyadan, yarısı isə İran tərəfdarları idi. Hücum edənlər arasında azyaşlı uşaqlar da var idi”, – Nurəddin Nəbiyev bildirdi.

Nurəddin Nəbiyevin sözlərinə görə, dodağına beş tikiş qoyulub və kəllə-beyin travması alıb.

Hazırda o, Bolnisidəki xəstəxanalardan birinə yerləşdirilib.

Nəbiyev izah edir ki, bir neçə gün əvvəl də Ayətullah Əli Xameneyi haqqında verdiyi bəyanatlara görə hücuma məruz qalıb. O bildirir ki, sosial şəbəkədə yazdığı şərh müəyyən şəxsləri qıcıqlandırıb və Otar Bayramov adlı şəxs ona qarşı şəxsən fiziki zorakılıq tətbiq edib.

Bugünkü hücuma gəlincə, Nurəddin bu faktı həm də dərman çatışmazlığı və qiymətlərin artımı ilə bağlı verdiyi bəyanatlarla əlaqələndirir. O, qeyd edir ki, dünən, 14 aprel tarixində bu problemlə bağlı video müraciət yayımlayıb və məhz bundan sonra hücuma məruz qalıb. Nurəddin Nəbiyev bugünkü hadisədə “Gürcü Arzusu”nun nümayəndələrini və Parlament üzvü Zaur Darğallını ittiham edir.

"Marneuli" radiosu Zaur Darğallı ilə əlaqə saxlamağa çalışsa da, o, zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyi Nəbiyevə hücum faktı ilə bağlı Cinayət Məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə istintaqa başlayıb.

Qeyd edək ki, Nurəddin Nəbiyev 2025-ci il yerli özünüidarəetmə seçkilərində "Lelo" partiyasının proporsional siyahısı ilə iştirak edib. O, Bolnisi bələdiyyəsində mövcud olan problemlər barədə aktiv şəkildə danışır və tez-tez bələdiyyənin ehtiyacları ilə bağlı video və foto materiallar paylaşır.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google