Marneulidə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Bu gün, 9 may tarixində Marneulidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dostluğun memarı – Heydər Əliyev” adlı tədbir və fotosərgi təşkil olunub. Tədbir “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur
İsmayılov, Marneuli merinin birinci müavini Qiorqi Qodabrelidze, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və sədr müavini Vasil Xaxulaşvili, həmçinin yerli özünüidarə nümayəndələri, ictimaiyyət təmsilçiləri, ziyalılar və din xadimləri iştirak ediblər.

Tədbir Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra çıxış edən “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Məhəbbət İmanov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin qorunması və Azərbaycan–Gürcüstan münasibətlərinin inkişafındakı rolundan danışıb. Onun sözlərinə görə, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycan–Gürcüstan münasibətlərinə xüsusi önəm verib və Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət göstərib.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı rolundan danışıb. O qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli iki ölkənin keçmiş liderlərinin siyasi əməkdaşlığı nəticəsində formalaşıb.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze çıxışında Heydər Əliyevin Gürcüstan və gürcü xalqı ilə dostluq münasibətlərinə xüsusi önəm verdiyini bildirib. Bələdiyyə Məclisinin sədr müavini Vasil Xaxulaşvili isə iki ölkə arasında münasibətlərin illər ərzində daha da möhkəmləndiyini vurğulayıb.

Tədbirdə çıxış edən digər iştirakçılar da Azərbaycan və Gürcüstan arasında dostluq, strateji tərəfdaşlıq və regional əməkdaşlıq münasibətləri barədə fikirlərini bölüşüblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google