Bolnisi bələdiyyəsinin 6 kəndinin əhalisi dağlarda ağır texnikanın işinin dayandırılması tələbi ilə dövlət qurumlarına müraciət edib

Bolnisi bələdiyyəsinin Darvaz inzibati ərazisinə daxil olan altı kəndin sakinləri 10 may tarixində kəndin dağlıq ərazilərində ağır texnikanın işləməsinə etiraz ediblər

və işlərin dayandırılması tələbi ilə dövlət qurumlarına müraciət ediblər.

Darvaz kənd sakini Nəşir Orduxanovun sözlərinə görə, ağır texnika ərazidə aprel ayının ortalarından işləyir, lakin layihənin başlanmasından əvvəl əhali ilə heç bir məsləhətləşmə aparılmayıb və qərar onların
iştirakı olmadan qəbul edilib.

“Başlanğıcdan Ekologiya Nazirliyinə və digər qurumlara müraciət etdik ki, nə baş verdiyini öyrənək. Heç kim bizə dəqiq məlumat vermədi. Özləri də bilmirdi. Biz isə müdafiə işinə başladıq və 6 kəndin sakinləri ilə toplantı keçirmək qərarına gəldik. 10 mayda görüş keçirildi. Toplantıdan sonra bütün qurumlara, o cümlədən parlamentə, prezidentə və baş nazirə müraciət etdik. Dünən təxminən 500 imza topladıq. Müraciətdə bu işlərin dayandırılmasını və ağır texnikanın ərazidən çıxarılmasını tələb edirik. Bizim müşahidəmizə görə, orada “RMG (Rich Metals Group)” şirkətinin alt bölməsi işləyir. Onlar ilkin araşdırma işləri aparırlar və ehtimal ki, yeni yatağın açılmasına hazırlaşırlar”, – deyə o bildirib.

Nəşir Orduxanov bildirir ki, aparılan işlər ətraf mühitə və yerli əhalinin sağlamlığına ciddi təsir göstərə bilər. Sakinlər şirkətlə danışıqlara getmək niyyətində deyillər və yalnız dövlət qurumlarından reaksiya gözləyirlər.

“Biz bilirik ki, yatağın açılması böyük ekoloji fəlakətlə bağlıdır. İnsanların sağlamlığı zərər görəcək və bu ziyanı aradan qaldırmaq mümkün olmayacaq. Biz RMG ilə əməkdaşlıq etmirik və heç bir danışıqlara getmirik. Yalnız dövlət qurumları ilə işləmək istəyirik və texnikanın hansı əsasla işlədiyini, icazənin olub-olmadığını aydınlaşdırmaq istəyirik. Açıq mənbələrdə heç bir icazə yoxdur. Əgər qanunsuz işləyirlərsə, mütləq cavab verməlidirlər”.

Sakinlərin bildirdiyinə görə, ağır texnika yaşayış evlərinə çox yaxın ərazidə işləyir ki, bu da onların təhlükəsizliyi və sağlamlığı üçün risk yaradır.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər