Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı
Əsədov Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı
seçilən III Şio Mucirini təbrik edib.
O, yeni patriarxın seçilməsini Gürcüstanın dini-mənəvi həyatında
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
“Bismillahir-Rəhmanir-Rəhim.
Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı olaraq III
Şio Muciri həzrətlərinin seçilməsi münasibətilə səmimi
təbriklərimizi çatdırırıq.
Bu mühüm və məsuliyyətli vəzifəyə seçilməyinizi Gürcüstanın
dini-mənəvi həyatında yeni mərhələnin başlanğıcı kimi
qiymətləndirir, Uca Allahdan Sizə hikmət, möhkəm iradə və uğurlu
xidmət nəsib etməsini diləyirik.
Əsrlər boyu müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin
qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı Gürcüstanda
dinlərarası dialoq, qarşılıqlı etimad və mənəvi həmrəylik xüsusi
əhəmiyyət daşıyır. İnanırıq ki, Sizin rəhbərliyiniz dövründə də
xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri, dini
tolerantlıq və ümumbəşəri insani dəyərlər daha da
möhkəmlənəcək.
Müsəlman və xristian icmaları arasında qarşılıqlı ehtiramın, birgə
əməkdaşlığın və sülh mədəniyyətinin inkişafı regionumuzda sabitlik
və mənəvi birlik üçün mühüm töhfədir. Bu müqəddəs missiyada Sizə
uğurlar arzulayır, Gürcüstanın rifahı, ərazi bütövlüyü və xalqının
əmin-amanlığı naminə dualar edirik.
Uca Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və xeyirli xidmət
diləyirik”, – deyə təbrik məktubunda bildirilir.
Qeyd edək ki, 11 may tarixində Gürcüstan Pravoslav Kilsəsi yeni
Katolikos-Patriarxını seçib. Senaki və Çxorotsku mitropoliti III
Şio Muciri ölkənin 142-ci Katolikos-Patriarxı olub. Yeni Patriarx
22 səs toplayıb. Digər namizədlərə gəldikdə isə, Urbnisi və Ruisi
yeparxiyasının mitropoliti İob 9 səs, Poti və Xobi mitropoliti
Qriqol isə 7 səs alıb.
Xatırladaq ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia 93
yaşında, 2026-cı il martın 17-də vəfat etmişdi. Bundan sonra
Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi məsələsi
gündəmə gəlmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.