Dmanisi meriyası 60 000 lariyə dizel generatorları alacaq

Dmanisi yerli özünüidarəsi üç generator satın alacaq.

Meriya tərəfindən elan olunmuş tenderə əsasən, quraşdırılma xidməti də daxil olmaqla dizel generatorlarının alınması planlaşdırılır.

Dmanisi meriyası generatorların satınalınması üzrə tenderi iyunun 1-də elan edib. Tender sənədlərində generatorların alınma məqsədi dəqiqləşdirilməyib. Dmanisi meriyasından "Marneuli" radiosuna bildirdilər ki, generatorların alınmasına uşaq bağçaları və su quyusu üçün ehtiyac yaranıb.

Generatorlardan ikisi Yırğançay
və Hamamlı kəndlərinin uşaq bağçaları üçün, biri isə Qarabulaq kəndindəki içməli su quyusu üçün nəzərdə tutulub.

Dmanisi yerli özünüidarəsi üç dizel generatorunun alınmasına 60 000 lari xərcləməyi planlaşdırır. Maraqlanan şirkətlər tenderdə iyunun 10-dan 12-nə qədər iştirak edə biləcəklər. Qalib şirkət müqavilə imzalandığı gündən etibarən 60 gün ərzində generatorları Dmanisi meriyasına təhvil verməlidir.

 

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google