2025-ci ildə Kvemo Kartlidə iş yerində 6 nəfər həyatını itirib

Gürcüstanın Əmək Müfəttişliyinin hesabatına əsasən, 2025-ci ildə Kvemo Kartli bölgəsində iş yerində 6 nəfər dünyasını dəyişib, 20 nəfər isə xəsarət alıb.


Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, ötən il Kvemo Kartlidə 208 iş yeri yoxlanılıb ki, onlardan 119-u əmək təhlükəsizliyinə nəzarət, 89-u isə əmək hüquqlarına nəzarət istiqamətində olub.

Statistik məlumatlara görə, ötən il Gürcüstanda iş yerində
32 nəfər vəfat edib, 179 nəfər isə xəsarət alıb. Bölgələr üzrə iş yerində vəfat edənlərin və xəsarət alanların statistikasını təqdim edirik:

  • Kaxeti – 0 vəfat edən, 5 xəsarət alan
  • Kvemo Kartli – 6 vəfat edən, 20 xəsarət alan
  • Tbilisi – 8 vəfat edən, 95 xəsarət alan
  • Mtsxeta-Mtianeti – 5 vəfat edən, 7 xəsarət alan
  • Şida Kartli – 0 vəfat edən, 4 xəsarət alan
  • Samtsxe-Cavaxeti – 0 vəfat edən, 2 xəsarət alan
  • İmereti – 4 vəfat edən, 26 xəsarət alan
  • Sameqrelo-Zemo Svaneti – 5 vəfat edən, 8 xəsarət alan
  • Acarıstan – 4 vəfat edən, 12 xəsarət alan
  • Quriya – 0 vəfat edən, 0 xəsarət alan
  • Raça-Leçxumi və Kvemo Svaneti – 0 vəfat edən, 0 xəsarət alan
Qeyd edək ki, iş yerində ən çox ölüm halı tikinti sektorunda baş verir. Statistikaya əsasən, ötən il Gürcüstan miqyasında tikintidə 21 nəfər dünyasını dəyişib. Kvemo Kartlidə vəfat edən 6 nəfərdən 4-ü məhz tikintidə həlak olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google