Prokurorluq Bolnisidə 7 yaşlı övladını öldürməkdə təqsirli bilinən qadına ittiham irəli sürüb

Prokurorluq azyaşlı övladını ağırlaşdırıcı hallarda qəsdən öldürməkdə ittiham olunan şəxsə qarşı ittiham irəli sürüb.



"Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, mayın 31-də Bolnisi bələdiyyəsinin kəndlərindən birində ittiham olunan şəxs 7 yaşlı övladına kəsici alətlə həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət yetirib. Zərərçəkən azyaşlı xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib", - Prokurorluğun
bəyanatında qeyd olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi iyunun 1-də saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima və 109-cu maddəsinin "e" və "k" bəndləri ilə ittiham irəli sürülüb ki, bu da ailənin azyaşlı üzvünə qarşı törədilmiş qəsdən adamöldürməni nəzərdə tutur.

Qeyd olunan maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluğun məlumatına görə, cinayət işi üzrə davam edən istintaq çərçivəsində, təqsirləndirilən şəxsin psixi vəziyyətinin yoxlanılması məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin ediləcək.

İstintaq orqanı qanunla müəyyən olunmuş müddətdə məhkəmədən şübhəli şəxsin həbsini tələb edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google