Rustavidə avtomobillərdən oğurluqda ittiham olunan 3 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları oğurluqda ittiham olunan, keçmişdə məhkum olunmuş və hazırda şərti cəza altında olan 3 nəfəri saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Rustavidə vətəndaşlara məxsus avtomobillərdən müxtəlif növ ehtiyat hissələri və bank kartlarını qanunsuz olaraq ələ keçiriblər.

DİN-in məlumatına əsasən, keçirilən əməliyyat-axtarış tədbirləri
və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin kimliyini qısa zamanda müəyyən ediblər və onlar Rustavidə saxlanılıblar. Oğurlanmış əşyalar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google