Marneuli bələdiyyəsinin Qızılacılı kəndində, Xram kanalının
üzərində yeni körpünün tikintisi ilə bağlı elan edilmiş tender
ikinci cəhddə də baş tutmayıb.
Yerli özünüidarəetmə orqanı ilk tenderi bu ilin aprel ayında elan
etsə də, sonradan ləğv etmiş, ikinci tenderi isə iyun ayında
yenidən elan etmişdi. Lakin hər iki cəhddə tenderdə iştirak etmək
üçün heç bir tikinti şirkəti
müraciət etməyib. Bu səbəbdən tender
rəsmən baş tutmamış elan edilib.
Marneuli meriyası bu inşaat işlərinin həyata keçirilməsi üçün yerli
büdcədən 220 min 856 lari xərcləməyi planlaşdırırdı. Vəsaitin
tamamilə Marneuli bələdiyyəsinin 2026-cı il büdcəsindən
maliyyələşdirilməsi nəzərdə tutulurdu.
“Körpünün uzunluğu 8,7 metr, hərəkət hissəsinin ümumi
eni 4,5 metr, aşırım konstruksiyasının ümumi eni isə 5,1 metr
təşkil edir. Sahil dayaqlarının hər iki tərəfində monolit
dəmir-beton konstruksiyalı istinad divarlarının tikintisi nəzərdə
tutulur”, – tender sənədlərində qeyd olunub.
Hələlik Marneuli meriyasının yeni tenderi nə vaxt elan edəcəyi
məlum deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.