GAİM 1+4 proqramı üzrə sınaq imtahanı keçirib
28 iyun tarixində Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə 1+4 proqramı üzrə sınaq imtahanı keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Sınaq imtahanında təxminən 150-yə yaxın abituriyent iştirak edib. Onlardan 80-dən çoxu GAİM-də fəaliyyət göstərən riyaziyyat və məntiq hazırlıq kurslarının tələbələri olub. İmtahan bütün iştirakçılar üçün
tamamilə ödənişsiz əsaslarla keçirilib.

İmtahanın əsas məqsədi abituriyentlərin bilik və hazırlıq səviyyəsinin qiymətləndirilməsi, onların real imtahan mühitinə alışdırılması və qəbul prosesinə daha səmərəli hazırlaşmalarına dəstək göstərilməsi olub.

GAİM-dən bildirdiklərinə görə, sınaq imtahanının hazırlanması və təşkilində riyaziyyat və məntiq müəllimləri Fərzin Məşədiyev, Əhmədalı Babaşov və Emin Məmmədov iştirak edərək prosesə töhfə veriblər.

Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov bildirir ki, mərkəzin əsas məqsədi gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, elmi biliklərinin artırılması və onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsidir.

Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir və əsas hədəf gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır.

İmanovun bildirdiyinə görə, GAİM bundan sonra da gənclərin təhsilinə dəstək məqsədilə bu kimi layihələri davam etdirməyi planlaşdırır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google