Qardabani və Rustavidə çaylardan 100 kubmetrdən çox qum-çınqılın qanunsuz çıxarılması faktları aşkar edilib
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları qanun pozuntularını Qardabani bələdiyyəsinin Naqebi kəndində və Rustavi şəhərində, həmçinin Ozurqeti bələdiyyəsinin Sulauri kəndində və Samtredia bələdiyyəsinin Sajavaho kəndində aşkar ediblər.

Qurumun məlumatına görə, hüquq pozucuları xüsusi texnikadan istifadə etməklə Kür, Supsa və Rioni çaylarının məcralarından ümumilikdə 100 kubmetrdən çox qum-çınqıl materialı qanunsuz şəkildə çıxarıblar.

Faktlarla
bağlı müvafiq sənədlər tərtib olunub, materiallar isə sonrakı reaksiya üçün aidiyyəti qurumlara göndərilib.

Ətraf Mühitə Nəzarət Departamentində bildirirlər ki, təbii resurslardan qanunsuz istifadə hallarının qarşısının alınması, aşkar edilməsi və aradan qaldırılması qurumun əsas prioritetlərindəndir. Departamentin əməkdaşları ölkə üzrə 24 saat fasiləsiz patrul xidməti həyata keçirir və Nazirliyin 153 nömrəli qaynar xəttinə daxil olan hər bir müraciətə dərhal reaksiya verirlər.

Qurumun məlumatına görə, qum-çınqılın qanunsuz çıxarılması ətraf mühitə ciddi ziyan vurur, çay məcralarının deformasiyasına, sahil bərkitmə sisteminin pozulmasına, torpaq eroziyasına səbəb olur və yaşayış məntəqələrinin daşqın, yuyulma və su səviyyəsinin dəyişməsi riskini artırır, bu da nəticədə ekosistemlərin deqradasiyasına gətirib çıxarır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google