Marneulidə yaşayan tələbələr üçün nəqliyyat xərclərinin
maliyyələşdirilməsi 50 laridən 100 lariyə qədər artırılıb.
Müvafiq dəyişiklik barədə Bələdiyyə Məclisinin 30 iyun tarixində
keçirilən iclasında meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət,
İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Xidmətinin
rəhbəri İoane Laşxi məlumat verdi.
Onun sözlərinə görə, qərar ictimai nəqliyyatda gediş haqqının 2,50
laridən 4 lariyə qədər artırılması
ilə əlaqədar qəbul olunub.
“Artırılmış maliyyə dəstəyindən sosial cəhətdən həssas,
xüsusi ehtiyacları olan, məcburi köçkün (qaçqın) statusuna malik,
çoxuşaqlı ailələrin üzvü olan, veteran övladları və valideyn
himayəsindən məhrum tələbələr yararlanacaqlar”, –
deyə İoane Laşxi bildirib.
Xidmət rəhbərinin məlumatına görə, cari ilin 1 yanvar tarixindən bu
günədək sözügedən proqramdan artıq 241 tələbə faydalanıb.
Maliyyə dəstəyi almaq üçün tələbə meriyaya aşağıdakı sənədləri
təqdim etməlidir:
- Merin adına ərizə;
- Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin
surəti;
- Akkreditə olunmuş ali təhsil müəssisəsindən aktiv
tələbə statusunu, təhsil kursunu və semestri təsdiq edən arayışın
əsli;
- Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən
verilmiş, son bir il üzrə qeydiyyat ünvanını əks etdirən məlumat
kartı;
- Marneuli bələdiyyəsinin inzibati ərazi vahidində merin
nümayəndəsi tərəfindən verilmiş, tələbənin son bir il ərzində
göstərilən ünvanda yaşadığını təsdiqləyən arayış;
- Bank rekvizitləri.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415