Marneuli meriyasında aparılan struktur dəyişikliklər
çərçivəsində 10 ştat vahidinin ixtisara salınması
planlaşdırılır.
Bu barədə məlumat Bələdiyyə Məclisinin 30 iyun tarixində keçirilmiş
iclasında məlum olub.
Məsələni müzakirəyə meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka
Şubitidze çıxarıb. Onun sözlərinə görə, dəyişikliklər yerli
özünüidarəetmə orqanında davam edən struktur dəyişikliklər
çərçivəsində həyata keçirilir. Bu proses mayın 18-dən başlayıb.
“Struktur dəyişikliklər çərçivəsində qərar qəbul olunub
ki, ştat cədvəlində nəzərdə tutulan say dəyişdirilsin və 10 vahid
azaldılsın. Dəyişikliklər həm inzibati müqavilələr, həm də ştat
vahidləri ilə bağlıdır”, – deyə Marneuli meriyasının
İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze bildirdi.
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə görə,
planlaşdırılan ixtisarlar barədə qurum əməkdaşlarına əvvəlcədən
rəsmi məlumat verilib.
“Bu, əməkdaşlar üçün yenilik deyil. Bir ay əvvəl bütün əməkdaşlara
məlumat verilib və onlar bunu imzaları ilə təsdiqləyiblər. Struktur
dəyişikliklər prosesi davam edir və bu mərhələdə ştat vahidlərinin
sayı 10 vahid azaldılır”, – deyə Bələdiyyə Məclisi
sədri Amiran Qiorqadze qeyd etdi.
Hazırda bu ixtisarların konkret olaraq hansı şöbələri və hansı
vəzifəli şəxsləri əhatə edəcəyi hələlik dəqiq məlum deyil.
Qeyd edək ki, bənzər proses bir müddət əvvəl Marneuli Bələdiyyə
Məclisində da həyata keçirilmişdi. Keçən aylarda baş tutan həmin
proses çərçivəsində təxminən 12 əməkdaşın müqaviləsinə xitam
verilmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.