Bələdiyyə Məclisi Teona Parcianinin səlahiyyətlərinə xitam verib
Marneuli Bələdiyyə Məclisi deputat Teona Parcianinin səlahiyyətlərinə xitam verib. Müvafiq qərar Bələdiyyə Məclisinin 30 may tarixində keçirilmiş iclasında qəbul edilib.

Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridzenin bildirdiyinə görə, məsələ həm Teona Parcianinin deputatlıq səlahiyyətlərinə xitam verilməsini, həm də onun Maliyyə-Büdcə Komissiyasının sədri vəzifəsindən azad edilməsini əhatə edib. Bu kadr dəyişikliyinin səbəbi onun yeni vəzifəyə təyin olunmasıdır.
O, bundan sonra Marneuli merinin ikinci müavini vəzifəsini tutacaq.

“Qərar Bələdiyyə Məclisinin üzvü Teona Parcianinin deputatlıq və Maliyyə-Büdcə Komissiyasının sədrliyi səlahiyyətlərinin dayandırılmasına aiddir. Bildiyiniz kimi, o, Marneuli merinin müavini təyin edilib və buna görə də şəxsi ərizəsi ilə Bələdiyyə Məclisinin Prosedur Məsələləri Komissiyasına müraciət edib və onun səlahiyyətlərinə xitam verilib”, – deyə Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze bildirib.

Bələdiyyə Məclisinin 30 may tarixində keçirilən iclasında gündəliyə ümumilikdə 16 məsələ müzakirə çıxarılıb. Onların arasında Marneuli meriyasında planlaşdırılan struktur dəyişikliklər, tələbələr üçün nəqliyyat xərclərinə dəstəyin artırılması və xalq bayramı “Marneuloba”nın sentyabr ayına keçirilməsi məsələləri də olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google