Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Kvemo
Kartli Dairə Prokurorluğu ilə əməkdaşlıq çərçivəsində,
qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirlərin
leqallaşdırılması (çirkli pulların yuyulması) faktları üzrə 4 şəxsi
saxlayıblar. Həmçinin, həmin cinayət işi üzrə daha 3 fiziki və 3
hüquqi şəxsə qarşı ittiham irəli sürülüb.
İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər müvafiq
lisenziya olmadan, Kvemo Kartli regionunda Kür çayından
sistemli
şəkildə inert materiallar çıxararaq onları müxtəlif sahibkarlıq
subyektlərinə satıblar.
Hüquq-mühafizə orqanları tərəfindən 343 608 kubmetr inert
materialın qanunsuz olaraq çıxarıldığı müəyyən edilib. Dəymiş
ziyanın və materialın dəyəri 2 138 771 lari təşkil edir. Bu əməllə
ətraf mühitə dəymiş ziyan isə 2 235 507 lari olaraq
qiymətləndirilib.
Bununla yanaşı, təqsirləndirilən şəxslər qanunsuz fəaliyyət
nəticəsində əldə edilmiş 2 138 771 lari məbləğində qanunsuz gəliri
leqallaşdırıblar (yuyublar).
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci
hissəsinin "a" bəndi və 194-cü maddəsinin 3-cü hissəsinin "a" və
"g" bəndləri ilə aparılır. Bu maddələr cəza tədbiri olaraq 9 ildən
12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.