Kareli bələdiyyəsinin uşaq bağçalarına tədarük edilən mal ətində at
ətinin DNT izləri aşkar olunub.
Bu barədə məlumatı Milli Qida Agentliyinin rəyinə istinadən
"Kartlis Ambebi" nəşri yayımlayıb. Kareli uşaq bağçalarını ətlə
təmin edən şirkət "Gürcü Ət Məhsulları Ferması" MMC-dir.
"Marneuli" radiosu sözügedən şirkətin Kvemo Kartlinin hər hansı
bələdiyyəsində olan uşaq bağçalarına da ət verib-vermədiyi ilə
maraqlandı.
Nəticədə aydın oldu ki, həmin şirkət Tetritskaro
bələdiyyəsinin uşaq bağçalarına da toyuq və mal əti tədarük edirmiş
(tenderin dəyəri 170 880 laridir).
"Marneuli" radiosu Tetritskaro Uşaq Bağçaları Birliyinin rəhbəri
Pikria Meşveliani ilə əlaqə saxlaydı. O, bildirdi ki, sözügedən
şirkətlə müqavilə artıq ləğv edilib, çünki son iki dəfə gətirilən
ətin xarici görünüşü şübhə doğurub və bəyənilməyib.
"Şirkəti diskvalifikasiya etdik. Xəbərdarlıqdan sonra
iki dəfə əti dəyişdirdik, artıq şirkətlə yolları ayırdıq və indi
yeni tender elan etməliyik. Sonuncu dəfə gətirilən əti qəbul
etmədik. Xəbərdarlığın təsir etmədiyini və yenə də üzərində çoxlu
pərdələr olan eyni cür ət gətirdiklərini gördükdə imtina etdik. Biz
bu məsələyə çox sərt yanaşırıq. Bura qədər ətə dair heç bir
şübhəmiz olmamışdı. Mənim təlim keçmiş qida təhlükəsizliyini təmin
edən (HASSP) və giyiyena üzrə mütəxəssisim var, özüm də bu
təlimləri keçmişəm. Gedib baxırdıq, bəyənmədikdə geri qaytarırdıq.
Ətin şübhəli olduğunu hiss etdikdə isə daha qəbul
etmədik", — Pikria Meşveliani bildirdi.
Dövlət Satınalmaları portalının məlumatına görə, "Gürcü Ət
Məhsulları Ferması" MMC Tetritskaro uşaq bağçalarına 1 kiloqram mal
ətini 30 lariyə tədarük edirmiş.
Tender şərtlərinə əsasən, şirkət "Tetritskaro Məktəbəqədər
Tərbiyə-Təhsil və Aztəminatlılara Yardım Mərkəzi"nin tərkibinə
daxil olan bağçaları 2026-cı il dekabrın 25-dək ətlə təmin etməli
idi. Lakin müqavilə vaxtından əvvəl ləğv edildiyi üçün Bağçalar
Birliyi ət satın alınması üzrə yeni tender elan edəcəyini bəyan
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.